19
“Elektron imza və elektron sənəd haqqında” Azərbay-
can Respublikasının Qanununda “
verilənlər – informasiya
texnologiyaları vasitələri ilə emal edilməyə yararlı infor-
masiya” kimi şərh olunur.
Ənənəvi olaraq, verilənləri bir neçə növə ayırırlar: iki-
lik (binar) verilənlər,
mətn tipli verilənlər, ədəd tipli veri-
lənlər və s. İkilik verilənlər yalnız onların strukturunu bi-
lən xüsusi proqram təminatı vasitəsilə emal edilir,
digər
proqramlar isə onları dəyişdirmədən ötürür. Mətn
tipli ve-
rilənlər informasiya sistemi tərəfindən hər hansı dildə ya-
zılmış mətn kimi qəbul olunur. Adətən, bir sistemdən di-
gərinə ötürülən zaman mətnlər kodlaşdırılır. Ədəd tipli ve-
rilənlər müəyyən kəmiyyətlərin qiymətlərinin verilməsi,
hesablamaların aparılması üçün istifadə olunur.
Ümumiyyətlə, verilənlər obyekt haqqında və ya obyekt-
dən daxil olan qeyd edilmiş məlumatlar çoxluğudur. Veri-
lənlər onların mümkün emalı proseslərinə adekvat olan
konkret formalarda təqdim olunurlar. İnformasiya kom-
püterə daxil
edilən zaman o, verilənlərə çevrilir.
Bu baxımdan verilənləri faktoqrafik (faktiki) informa-
siya adlandırırlar.
Faktoqrafik informasiya dedikdə ölç-
mə, təsviretmə və təsbitetmə üsulu nəticəsində alınan tə-
miz (dəyişikliyə məruz qalmamış) məlumatlardır.
Verilənlərin informasiyaya
çevrilməsi üçün onu aktual-
laşdırmaq və mənaya malik məzmun vermək lazım gəlir.
Ona görə də verilənlərin informasiya olması üçün onların
qəbul və emal edilməsi üsulları və vasitələri olmalıdır.
Başqa sözlə, informasiya verilənlər və onlar arasındakı
münasibətlərdən yaranan dinamik məhsuldur.
Verilənlərin toplanması, saxlanılması və emalı üçün
verilənlər bazalarından istifadə olunur.
Verilənlər bazası
(VB) dedikdə hər hansı fiziki və ya virtual sistemin xa-
20
rakteristikalarını təsvir edən strukturlaşdırılmış, təşkil
olunmuş verilənlər toplusudur. Verilənlər bazası anlayışını
bəzən səhvən verilənlər bazalarını idarəetmə sistemləri
(VBİS) ilə eyniləşdirirlər. Lakin yadda saxlamaq lazımdır
ki, VB – bilavasitə verilənlərin toplusu, VBİS
isə verilən-
lər bazalarının təşkili və aparılması üçün nəzərdə tutulmuş
proqram sistemidir.
Bir çox hallarda rəsmi sənədlərdə verilənlər termini əvə-
zinə məlumat
terminindən, verilənlər bazası termini əvəzi-
nə isə məlumatlar bazası terminindən istifadə olunur.
Dostları ilə paylaş: