15
lar, hadisələr və proseslər haqqında məlumatlar və
bilgilərdir.
İnformasiya anlayışına Azərbaycan Respublikasının bir
sıra qanunlarında tərif verilir.
- “İnformasiya, informasiyalaşdırma və informasiya-
nın mühafizəsi haqqında” Azərbaycan Respublika-
sının Qanunu (3 aprel 1998-ci il): “
İnformasiya –
təqdimat formasından asılı olmayaraq şəxslər, əşya,
fakt, hadisə və proseslər haqqında məlumatlardır”.
- “İnformasiya azadlığı haqqında” Azərbaycan Res-
publikasının Qanunu (01 yanvar 2005-ci il): “
İnfor-
masiya – yaranma tarixindən, təqdimat formasından
və təsnifatından asılı olmayaraq səlahiyyətli orqan-
lar tərəfindən saxlanılan, maddi daşıyıcıda qeydə
alınan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər
xarakterli məlumatların məcmusudur”.
- “İnformasiya əldə etmək haqqında” Azərbaycan Res-
publikasının Qanunu (30 sentyabr 2005-ci il): “
İnfor-
masiya – yaranma tarixindən, təqdimat formasından və
təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nə-
ticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər,
bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır”.
İnformasiyanı bir sıra əlamətlərə görə növlərə bölmək
olar.
Qəbul edən reseptorların növündən asılı olaraq, qəbul-
etmə üsuluna görə informasiya aşağıdakı növlərə bölünür:
-
vizual informasiya – görmə orqanları vasitəsilə qə-
bul
edilən informasiya;
-
audial informasiya – eşitmə orqanları vasitəsilə qə-
bul edilən informasiya;
-
taktil informasiya – toxunmaqla duyan reseptorlar
vasitəsilə qəbul edilən informasiya;
16
-
iylə bağlı informasiya – iybilmə reseptorları vasitə-
silə qəbul edilən informasiya;
-
dadla bağlı informasiya – dadbilmə reseptorları
vasitəsilə qəbul edilən informasiya.
Təqdim edilmə formasına görə informasiyanın növləri
aşağıdakılardır:
-
mətni informasiya – dilin leksemlərini işarə etmək
üçün nəzərdə tutulmuş simvollar ardıcıllığı şəklində
ötürülən informasiya;
-
ədədi informasiya – riyazi əməliyyatları işarə etmək
üçün nəzərdə tutulmuş rəqəm
və işarələr vasitəsilə
verlən informasiya;
-
qrafik informasiya – sxemlər, eskizlər, təsvirlər,
qrafiklər, diaqramlar və simvollar şəklində təqdim
olunan
məlumat və ya verilənlər;
-
səs informasiyası – dilin leksemlərindən istifadə et-
məklə şifahi danışıq və ya audioyazı şəklində ötürü-
lən informasiya;
-
video informasiya – video
qurğular vasitəsilə təsbit
olunan, video yazılar şəklində saxlanılan və ötürülən
informasiya.
Təyinatından asılı olaraq, informasiyanın aşağıdakı
növlərini də fərqləndrirlər:
-
ictimai informasiya – qanunlarla və ya digər norma-
tiv hüquqi aktlarla müəyyənləşdirilmiş ictimai vəzi-
fələrin yerinə yetirilməsi prosesində yaradılan və ya
əldə edilən faktlar, rəylər və bilgilərdir;
-
xüsusi informasiya – xüsusiləşdirilmiş anlayışlar
toplusundan
ibarət olan, istifadə zamanı spesifik
(kütlə tərəfindən anlaşılmayan, lakin müəyyən in-
sanlar qrupu üçün başa düşülən və zəruri olan) mə-
lumatları çatdıran informasiyadır.