Microsoft Word Qasimov-ias docx


Ədəbiyyat ................................................................. 283



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə9/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   177
N 406

Ədəbiyyat ................................................................. 283
İnternetin əsas axtarış saytları .............................. 287



GİRİŞ 
İnformasiya axtarışı yüz illər boyu insanları ciddi dü-
şündürən problemlərdən biri olmuşdur və hələ də sona qə-
dər həll edilməmiş  məsələ kimi qalmaqdadır.  İnsanları 
əhatə edən informasiya ehtiyatlarının həcmi artdıqca, on-
ların arasından lazım olan məlumatların axtarılıb tapılma-
sı daha da çətinləşir. Ona görə  də informasiya axtarışı 
üçün daha təkmilləşdirilmiş və mükəmməl üsul və vasitə-
lərin işlənib hazırlanması istiqamətində daim ciddi işlər 
aparılır.  
Lakin informasiya ehtiyatlarının həcminin astronomik 
sürətlə artması, onların xarakterinin və formasının kəskin 
dəyişməsi, informasiyanın saxlanılması  və  təqdim olun-
ması üçün yeni texnologiyaların meydana gəlməsi səbə-
bindən, mövcud axtarış üsul və vasitələri insanların infor-
masiya tələbatlarını ödəməkdə aciz qalır. 
İnternet şəbəkəsinin geniş yayılması, onun informasiya 
xidmətlərinin sürətli inkişafı virtual informasiya fəzası-
nın, o cümlədən internet saytların və informasiya sistem-
lərinin, virtual informasiya saxlanclarının, virtual kitabxa-
naların və s. informasiya ehtiyatlarının yaranmasına gəti-
rib çıxarmışdır.  


 
 

 
Hələ ötən  əsrin 80-ci illərində, internet şəbəkəsinin 
FTP, Gopher, E-mail, Telnet kimi xidmətlərinin bazasın-
da kifayət qədər böyük həcmdə informasiya ehtiyatlarının 
yarandığı, toplandığı, emal olunduğu və ötürüldüyü vaxt-
larda axtarış vasitələrinin işlənib hazırlanmasına və tətbi-
qinə böyük tələbat yaranmışdı. İnternetdə ilk informasiya 
axtarışı vasitələrinin çox əvvəllər yaranmasına baxmaya-
raq, onların həqiqi mənada vacibliyi yalnız web-texnolo-
giyanın, yəni dünya hörümçək torunun meydana gəlmə-
sindən sonra daha ciddi hiss olunmağa başladı.  
Hazırda internetdə, onun nəhəng web-fəzasında sayt-
ların sayı və informasiyanın həcmi elə həddə çatmışdır ki, 
keçilməz kibercunqlini xatırladan internetin nəhəng infor-
masiya fəzasında lazım olan məlumatın tapılması ciddi 
problemə çevrilmişdir.  
Web-texnologiyanın bazasında duran hipermətn texno-
logiyası hiperkeçidlər vasitəsilə  həmişə hara getmək la-
zım olduğunu göstərir. Lakin nəzərə almaq lazımdır ki, bu 
hiperkeçidlər heç də  həmişə lazım olan yerə  gətirib çı-
xarmır. Belə ki, istifadəçi hiperkeçidlər vasitəsilə tamami-
lə onu maraqlandırmayan səhifəyə düşə  və ya müəyyən 
vaxtdan sonra əvvəl olduğu yerə – səhifəyə qayıda bilər.  
Qeyd olunmalıdır ki, əsl cunqlidən fərqli olaraq, ki-
bercunqlidə geriyə yol həmişə yadda saxlanılır və istəni-
lən vaxt addım-addım geri qayıtmaq mümkündür. Lakin 
kibercunqlidə ilkin yerə geri qayıtmaq üçün də böyük 
vaxt, maddi və şəbəkə resursları tələb olunur. 
İnternetdə sənəd axınlarının gücünün astronomik sürət-
lə artması  və yuxarıda göstərilən digər problemlər intel-
lektual informasiya-axtarış vasitələrinin işlənib hazırlan-
masını və tətbiqini tələb edir.  


10 
Əlbəttə, bu problemin həllində web-texnologiya baza-
sında qurulmuş informasiya-axtarış sistemləri xüsusi rol 
oynayır.  İnternetin informasiya-axtarış sistemləri – nə-
həng informasiya fəzasında zəruri məlumatların axtarılıb 
tapılması üçün nəzərdə tutulmuş intellektual alətdir. 
İndiyədək informasiya axtarışının modelləşdirilməsi, 
səmərəliliyinin və intellektuallığının artırılması istiqamə-
tində xeyli elmi-tədqiqat və  təcrübi işlərin görülməsinə 
baxmayaraq, bu sahədə hələ də arzu olunan nəticələr əldə 
edilməmişdir.  
Bütün axtarış xidmətləri istifadəçilərin sorğularına ca-
vab olaraq onların tələbatlarının ödənilməsi üçün daha 
münasib olan informasiya mənbələrinə istinadların siyahı-
sını təqdim edir. Belə siyahıda lazımsız, istifadəçinin ax-
tarış sorğusuna və  tələbatına uyğun olmayan mənbələrə 
daha çox rast gəlinir. 
Axtarış sorğusuna uyğunluq (relevantlıq) dərəcəsinin 
müəyyən edilməsi zamanı web-saytlarda reallaşdırılan na-
viqasiya qraflarının (hiperistinadların və hörümçək toru-
nun) quruluşu, web-səhifələrdə aparılan dəyişikliklərin və 
onların həyat dövrünün (yaşama müddətinin) vaxtında nə-
zərə alınması böyük əhəmiyyət kəsb edir. 
İnternetin informasiya-axtarış sistemlərində axtarışın 
həyata keçirilməsi və lazım olan məlumatın daha səmərəli 
yolla tapılıb istifadəçilərə  təqdim edilməsi üçün əsas iki 
yanaşmadan istiafadə olunur: 
-  mövzu (tematik) kataloqları; 
-  axtarış maşınları (indeksləri). 
Hər iki yanaşma kifayət qədər inkişaf etmişdir və ha-
zırda internetdə bu mexanizmləri reallaşdıran çoxlu sayda 
tematik kataloqlar və axtarış maşınları reallaşdırılmışdır.  


11 
Bu gün internetdə  aşağıdakı  məşhur informasiya-
axtarış sistemləri müvəffəqiyyətlə fəaliyyət göstərirlər: 
-  Google (http://www.google.com,  
http://www.google.ru,  
http://www.google.az və s.); 
-  Baidu (http://www.baidu.com); 
-  Yahoo (http://www.yahoo.com);  
-  Yandex (http://www.yandex.ru);  
-  Bing (http://www.bing.com);  
-  AltaVista (http://www.altavista.com);  
-  Lycos (http://www.lycos.com);  
-  HotBot (http://www.hotbot.com);  
-  Rambler (http://www.rambler.ru); 
-  Aport (http://www.aport.ru);  
-  STARS (http://www.stars.ru);  
-  Русский Интернет (http://www.rosit.ru) və s.  
İnternetdə işləyən hər bir istifadəçi axtarış nəticəsində 
ona təqdim olunan yüz minlərlə (hətta milyonlarla) sənə-
də istinadların siyahısını gördükdə, özünə aşağıdakı kimi 
suallar verir: 
- “axtarış sistemləri informasiya fəzasında sənədlərin 
axtarışını necə həyata keçirir?”; 
- “axtarış sistemləri sənədlərin sorğuya uyğunluq 
dərəcəsini necə müəyyən edir?”; 
- “axtarış sistemləri belə böyük və mürəkkəb siyahını 
necə formalaşdırır?”; 
- “bu nəhəng siyahı ilə necə işləməli və onlar arasından 
lazım olan sənədləri necə seçməli?”. 
Təqdim olunan vəsait yuxarıda sadalanan və sadalan-
mayan çoxlu sayda sualların cavablandırılması məqsədilə 
yazılmışdır. Belə ki, dərslik internetin informasiya massi-
vində, yəni web-fəzada informasiya axtarışının təşkili və 


 
 
12 
 
həyata keçirilməsi mexanizmlərinin, eləcə  də  sənədlərin 
indeksləşdirilməsi və axtarılması üsul və vasitələrinin, in-
formasiya-axtarış sistemlərinin iş prinsiplərinin öyrənil-
məsinə həsr olunmuşdur.  
Dərslikdə informasiya axtarışı sahəsində mövcud olan 
əsas anlayışlar şərh edilir, istifadəçilərin informasiya tələ-
batları, onların formalaşması kriteriləri və mərhələləri, in-
ternetin informasiya ehtiyatlarının təsnifatına baxılır, in-
formasiyanın indeksləşdirilməsi və axtarışı üzrə mövcud 
alqoritmlər, üsullar və modellər təhlil edilir, internet üçün 
nəzərdə tutulmuş informasiya-axtarış sistemlərinin yaran-
ma və inkişaf tarixi, arxitekturası  və  iş prinsipləri, eləcə 
də məşhur axtarış sistemləri barədə məlumat verilir. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin