14
1.1. İnformasiya anlayışı, onun növləri
Müasir dövrdə cəmiyyətin inkişafı bilavasitə informasiya
ilə bağlıdır. Xarakterindən asılı olaraq insan fəaliyyətinin
müxtəlif
sahələrində elmi-texniki, iqtisadi, siyasi, idarəetmə,
kommersiya və s. növ informasiya yaranır, toplanır, emal
olunur və istifadə edilir. İnformasiya termini mənşəcə latın
sözü olan «informatio» sözündən yaranmışdır,
izahetmə,
şərhetmə və məlumat vermə mənalarını daşıyır. İnformasiya
informatikada ilkin anlayış kimi qəbul olunur.
İnformasiya anlayışına bütün tətbiq sahələrini əhadə
edən dəqiq tərif vermək çətindir. Müxtəlif mənbələrdə in-
formasiya anlayışının müxtəlif aspektlərdən aşağıdakı ki-
mi izah və şərhlərinə rast gəlinir:
- informasiya – işarə və siqnallar
vasitəsilə mövzu sa-
həsinin əks olunmasıdır;
- informasiya – xəbərlər, yeni faktlar,
yeni biliklərdir;
- informasiya – məlumatın və ya xəbərin məzmunudur;
- informasiya – mövcud qeyri-müəyyənliyi aradan qal-
dıran məlumat və ya xəbərdir;
- informasiya – insanın ətraf
aləmdə olan obyektlər və
baş verən hadisələr haqqında məlumatlılıq səviyyə-
sini artıran xəbərlərdir;
- informasiya – fəlsəfi mənada
real aləmin əksi kimi
qəbul edilir.
Azərbaycan dilinin izahlı lüğətində informasiya anla-
yışı
“məlumatlar məcmusu” kimi şərh olunur.
İnformatika elmi baxımından informasiyaya aşağıdakı
tərif verilir.
Dostları ilə paylaş: