Üfüqi portal – müxtəlif xidmətlər çoxluğunu təqdim
edən, geniş mövzular çoxluğunu özündə birləşdirən, mak-
simal dərəcədə geniş istifadəçi auditoriyası üçün nəzərdə
tutulan və onların mümkün maraqlarını əhatə edən por-
taldır. Belə portallar müxtəlif funksiyaları özündə birləş-
dirir, müxtəlif məzmunlu informasiya ehtiyatlarını və xid-
mətlərini təklif edirlər.
Şaquli portal – müəyyən mövzu sahəsində ümumi ma-
raqları olan istifadəçilər üçün müxtəlif xidmətlər təqdim
edən, müvafiq fəaliyyət sahəsinin tam əhatə olunmasına
yönəlmiş dar mövzu yönümlü portaldır.
61
İnternetdə web-saytların işinin təşkili, onlara qoşulma
və saytların məzmununa baxma HTTP protokolu vasitə-
silə həyata keçirilir. Ona görə də web-saytların ünvan-
larını yazarkən onların əvvəlinə “http://” əlavə olunur, la-
kin bu mütləq şəkildə tələb olunmur.
Hazırda insanlar internetin xidmətlərinə yalnız kompü-
ter vasitəsilə deyil, eləcə də digər elektron qurğular (mo-
bil telefonlar, elektron qeyd kitabları, rəqəmsal televizor-
lar və s.) vasitəsilə giriş əldə edirlər. Ona görə də kompü-
terlə yanaşı, mobil telefonlar, elektron qeyd kitabları, rə-
qəmsal televizorlar və s. üçün də brauzer proqramları
işlənib hazırlanır və istifadə olunur.
Daha perspektivli və çox istifadə olunan elektron qur-
ğu mobil telefondur. Son nəsil mobil telefonlar web-
brauzer və elektron poçtu imkanları ilə təmin edilirlər.
Mobil telefon və internet arasında məlumat mübadiləsi
WAP (Wireless Application Protocol) protokolu vasitə-
silə həyata keçirilir. Bu protokolun adına uyğun olaraq
mobil qurğular üçün nəzərdə tutulan proqram əlavələri də
WAP proqramlar adlanır.
İnternetin yuxarıda adları çəkilən informasiya xidmətləri
web üzərindən reallaşdırılır. Belə ki, web-texnologiya inter-
netin xidməti olmaqla yanaşı müxtəlif web-portalların, web-
forumların, wiki layihələrin, internet mağazaların, auksion-
ların, Facebook, Twitter, Vkontakte, Odnoklasniki və s. so-
sial şəbəkələrin, reklam və baner sistemlərinin, aktiv infor-
masiya ehtiyatlarının, informasiya-axtarış sistemlərinin real-
laşdırılması üçün baza rolunu oynayır.
İnternetin informasiya fəzasının yaranması və inkişafı-
nın ilk dövrü web-saytların dizayn stili olan Web 1.0 üzə-
rində qurulmuşdu. Həmin dövrdə internetin saytları, web
əsaslı informasiya sistemləri yaranır və inkişaf edirdi. Bu
62
saytların informasiya kontenti (məzmunu) onların sahib-
ləri və yaradıcıları tərəfindən həyata keçirilirdi. Saytların
informasiya məzmunu onların sahiblərinin arzu, istək və
məqsədlərindən, eləcə də qarşıya qoyduqları vəzifələrdən
asılı olaraq formalaşırdı. İnternetin, o cümlədən həmin
saytların istifadəçiləri bu prosesdə iştirak etmirdilər.
2005-ci ildə Web 2.0 platforması meydana gəldi. Web
2.0 – şəbəkədə qarşılıqlı fəaliyyətlərin reallaşdırılması yo-
lu ilə daha çox adam tərəfindən istifadə olunduqca keyfiy-
yətləri daha da yaxşılaşan sistemlərin layihələndirilməsi
metodikasıdır. Başqa sözlə, Web 2.0 – web-ehtiyatların
təşkili, reallaşdırılması və dəstəklənməsinə kompleks ya-
naşma olub, əsasında saytların məzmununun (kontenti-
nin), o cümlədən informasiya materiallarının doldurulma-
sı və dəfələrlə yoxlanılması prosesinə istifadəçilərin cəlb
edilməsi prinsipi durur. Mahiyyət etibarı ilə Web 2.0
istifadəçilərin özləri tərəfindən fəal surətdə inkişaf etdiri-
lən və təkmilləşdirilən layihə və xidmətləri özündə birləş-
dirir. Onlara bloqlar, wiki-layihələr, sosial şəbəkələr, ki-
tabxana 2.0 və s. layihələr aiddir.
Web 2.0 yanaşmasının istifadəsi əhəmiyyətli sayda
yüksək istehlak keyfiyyətlərinə malik güclü internet-xid-
mətləri reallaşdırmağa imkan verdi. Bu isə eyni formalı
(yeknəsəq) informasiya ehtiyatlarının yaranmasına və
sonradan onların əksəriyyətinin qiymətliliyinin itməsinə
gətirib çıxardı. Web 2.0 əsasında yaranan informasiya eh-
tiyatlarının məzmunu heç də həmişə tələb olunan səviy-
yədə olmur, bir çox hallarda peşəkar tələblərə cavab ver-
mir, subyektiv xarakter daşıyır, həqiqəti əks etdirmir, zid-
diyyətli məlumatları özündə saxlayır və s. Ona görə də
Web 2.0 vasitəsilə saytların kontentinin doldurulması za-
manı keyfiyyətli məqalələrin qeyri-peşəkarlar istifadəçilər
63
tərəfindən redaktə edilməsinə qadağa qoyulması, yeni
daxil edilən məqalələrin peşəkar redaktorlar tərəfindən
rəy verildikdən sonra saytda nəşr edilməsi ideyası forma-
laşmağa başladı. Bu da yeni platformaya keçid zərurətini
doğurdu. Beləliklə, 2007-ci ildə Web 3.0 termini barədə
internetdə məlumatlar yayılmağa başladı.
Web 3.0 – Web 2.0 texnoloji platforması bazasına peşə-
karlar tərəfindən yüksəkkeyfiyyətli məzmun və xidmətlər
yaratmağa imkan verən platformadır. Başqa sözlə, Web 2.0
mahiyyət etibarı ilə texnoloji platformadır, Web 3.0 isə bu
texnoloji baza üzərindən peşəkarların köməyi ilə (istifadəçi-
lərin daxil etdikləri məlumatları peşəkarların süzgəcindən
keçirməklə) yüksək keyfiyyətli, maraqlı və faydalı məzmun
(kontent) yaratmağa imkan verən platformadır.
Bloq – əsas məzmunu müntəzəm olaraq istifadəçilər tə-
rəfindən daxil edilən, mətn, şəkil və mültimediya məlu-
matlarını özündə birləşdirən yazılardan ibarət web-sayt-
dır. Bloq sözü ingiliscə “ Web log” ( Blog) sözlərindən
əmələ gəlmişdir, internet gündəlik və ya hadisələrin inter-
net jurnalı mənasını daşıyır. Bloqları yaradan və aparan
şəxslər bloqçu (bloqqer) adlanır.
Bloqlara, bir qayda olaraq, müvəqqəti əhəmiyyətə malik
olan qısa yazılar daxil edilir. Bu yazılar xronoloji baxımdan
(daxil edilmə tarixinə görə) əks ardıcıllıqla nizamlanır. Ən
son daxil edilmiş yazı birinci olur. Ənənəvi gündəlikdən
fərqli olaraq, bloqlarda olan yazılar ümumi (ictimai) istifa-
də təyinatlı olur və burada onların kənar istifadəçilər (oxu-
cular) tərəfindən oxunması imkanı nəzərdə tutur. Kənar
oxucular yazının müəllifi (bloqun sahibi – bloqqer) ilə mü-
zakirəyə (polmikaya) qoşula bilər. Ona görə də bloqlarda
müəyyən obyektlər, hadisələr, proseslər və s. haqqında
məlumatlar, bilgilər toplanır.
|