Article in Azerbaijan Journal of Educational Studies · June 2019 doi: 10. 32906/ajes/686


Qloballaşan dünyada gedən proseslərin təhsilə təsiri və müəllim fəaliyyətində preventiv tədbirlər



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix01.01.2022
ölçüsü1,42 Mb.
#50883
1   2   3   4   5   6   7   8   9   ...   30
Afet Suleymanova-article

Qloballaşan dünyada gedən proseslərin təhsilə təsiri və müəllim fəaliyyətində preventiv tədbirlər

http://journal.edu.az



35


müəllif dördünün daha əsaslı olduğunu hesab edir: əhalinin təhsilalma cəhdlərinin

sürətlə artması, resursların kəskin çatışmazlığı, təhsil sistemlərinə xas ətalət,

cəmiyyətlərin özlərində baş verən ətalət [Philip H.Coombs. 1968, pp. 4]. 

Bu  gün  cəmiyyətlər  və  mədəniyyətlərdə  gedən  dəyişikliklər,  elm  və

texnologiyaların  inkişafı,  qloballaşmanın  vüsət  alması  nəticəsində  insanların

həyat  fəlsəfəsi  kökündən  dəyişir.  Dəyişmiş  cəmiyyətin,  nəslin  özünə  müvafiq

olan  məktəbə  ehtiyacı  yaranır.  Məktəbin  bu  ehtiyacları  nə  qədər  qarşılaya

bilməsi  məsələsi  alimlərin  araşdırma  mövzusu,  müzakirə  obyektidir.  Bu  gün,

hətta qabaqcıl təhsil təcrübələri olan ölkələrdə təhsil böhranı yaşandığını bu

sahədə tədqiqatlar aparan ən sanballı təşkilatlar da qeyd edir. Dünya Bankının

rəsmi səhifəsində «Təhsil böhranı: məktəbdə olmaq öyrənmək anlamına gəlmir»

1

başlıqlı  məqalədə  yazılır:  «Öyrənmə  böhranının  qalıcı  olmasının  böyük



səbəblərindən biri, inkişaf etməkdə olan dünyada kimin öyrənə bildiyi və kimin

öyrənə bilmədiyi haqqında təhsil sistemlərinin az məlumatlı olmasıdır. Gələcəkdə

tələb olunacaq peşə və bacarıqların növləri haqqında dəqiq məlumatın olmaması

səbəbindən  məktəb  və  müəllim  əsas  oxu  və  yazı  bacarıqlarından  daha  artıq

bacarıqlar  öyrətməlidirlər.  Öyrənənlər  məlumatları  şərh  etməyə,  fikirlər

formalaşdırmağa, yaradıcı olmağa, yaxşı ünsiyyət qurmağa, əməkdaşlıq etməyə

və  çevik  olmağa  alışqan  olmalıdırlar».  Elə  həmin  səhifədə  «Dəyişiklik  yaxşı

müəllimlə  başlayır»  başlığı  altında  qeyd  edilir:  «Hər  gün  artan  dəlillər  onu

təsdiq edir ki, təlim böhranının əsasında tədris böhranı durur. Şagirdlərin yaxşı

oxuması  üçün  onlara  yaxşı  müəllimlər  lazımdır.  Bir  çox  təhsil  sistemində  az

diqqət yetirilir: Müəllim nə bilir? Uşaqlara nə öyrədir?».

Miçiqan Universitetinin Sosial Araşdırmalar İnstitutunda «Gələcəyin moni-

torinqi» layihəsi çərçivəsində

2

aparılan sorğunun nəticələri göstərir ki, sorğuya



cəlb edilən yuxarı sinif şagirdlərinin 80 faizi narkotik maddədən, 50 faizi isə

alkoqoldan istifadə edir. Amerikanın təhsil sistemindəki böhrana kömək edən

və  düzgün  təhsilin  əsasını  müəyyənləşdirən  müxtəlif  amillər  araşdırılarkən

müəyyən  edilmişdir  ki,  daha  çox  maliyyənin  ayrılması  heç  də  hər  zaman  bir

məktəbin  daha  yaxşı  şagirdlər  yetirəcəyinə  zəmanət  vermir.  ABŞ-ın  Ohayo

ştatının böyük büdcəsi olan Klivlend və kiçik büdcəsi olan Hudson məktəbləri

müqayisə edilərkən aşkar olmuşdur ki, birinci məktəbdə hər 9 şagirddən biri

təhsilini yarımçıq buraxdığı halda, ikinci məktəbin məzunlarının 90 faizi kollecə

daxil  olur.  Tədqiqatçılar  inanır  ki,  təhsilin  məqsədi  həyatda  qazanmağı  deyil,

həyatı necə düzgün yaşamağı öyrətməkdən ibarətdir. Bu fikrə tam əks mövqedə

duran  Amerika  Kommunist  Partiyasının  nümayəndələri  də  dünya  təhsilində

böhranın yaşandığını təsdiqləsə də, onun mövcudluğunun səbəbini fərqli şəkildə




Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin