Afət Süleymanova
Qloballaşan dünyada gedən proseslərin təhsilə təsiri və müəllim fəaliyyətində preventiv tədbirlər
http://journal.edu.az
39
Təhsil haqqında Azərbaycan
Respublikasının Qanunu
Üzərinə
məsuliyyət
qoyulan
təhsil
iştirakçısı
Məsuliyyətlər
«Dövlət təhsil standartlarına
uyğun keyfiyyətli təhsil almaq»
(Maddə 32.3.3)
Məktəb
rəhbərliyi,
müəllim,
valideyn
• məktəb rəhbərliyi – məktəbdə səmərəli təhsil mühiti
yaratmaq və keyfiyyətə nəzarət etmək;
• müəllim-hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə
alaraq, keyfiyyətli təlim-tədris prosesi təşkil etmək;
• valideyn – evdə öyrənmək üçün şərait yaratmaq və
övladına zəruri dəstəyi vermək.
«Təhsil müəssisəsinin mövcud
infrastrukturundan (tədris-
istehsalat, elmi tədqiqat,
informasiya, mədəni-məişət,
idman, sağlamlıq
mərkəzlərindən,
kitabxanalardan və s.) istifadə
etmək» (Maddə 32.3.6.)
Məktəb
rəhbərliyi,
müəllim
• məktəb rəhbərliyi – məktəbin infrastrukturundan
yetərincə səmərəli faydalanmaq üçün dərs cədvəlini
nəzəri-praktik baxımdan düzgün tərtib etmək, kompüter
laboratoriyasında və məktəb kitabxanasında hər
müəllimin dərs deməsi üçün əlavə cədvəl və təlimatlar
vemək;
• müəllim – dəslərinin təşkilində məktəbin
infrastrukturundan, maddi-texnki bazasından səmərəli
istifadə etmək.
«Sağlamlıq üçün təhlükəsiz və
zərərsiz təhsil şəraiti ilə təmin
olunmaq» (Maddə 32.3.10.)
Məktəb
rəhbərliyi,
müəllim
• məktəb direktoru – məktəbin gigiyenik baxımdan
təmizliyini, psixoloji iqliminin saflığını və təhlükəsizliyini
təmin etmək;
• müəllim-fiziki-fizioloji, mənəvi-psixoloji təzyiqlərdən,
gərginliklərdən şagirdləri qorumaq.
«İnsan ləyaqətini və şərəfini
alçaldan, insan hüquqlarına
zidd hərəkətlərdən müdafiə
olunmaq» (Maddə 32.3.11.)
Məktəb
rəhbərliyi,
müəllim,
valideyn
• məktəb rəhbərliyi – müəllimlərlə davranışında insan
ləyaqətinə və şərəfinə, insan hüquqlarına hörmət
baxımından nümunə olmaq, müəllim-şagird
münasibətlərinə həssas yanaşmaq;
• müəllim – şagirdlərə məsələ baxımından nümunə
olmaq, hər bir şagirdin şərəf və ləyaqətinə, hüquqlarına
hörmətlə yanaşmaq, valideynlərlə maarifləndirici iş
aparmaq.
• valideyn – övladının şərəf, ləyaqət və hüquqlarına
hörmətlə yanaşmaq, bu baxımdan məktəblə yaxın
əməkdaşlıq etmək.
«Təhsil prosesinin təşkilində
və idarə olunmasında fəal
iştirak etmək, öz fikir və
mülahizələrini sərbəst ifadə
etmək» (Maddə 32.3.16.)
Müəllim
• məktəb rəhbərliyi – məktəbdə kollektiv idarəçiliyi,
şagird şuralarının yaradılmasını təmin etmək.
Cədvəl 1. Təhsil iştirakçılarının hüquq və vəzifələri
qayğı hissləri aşılamaq (33.3.4.), təhsilalanların şərəf və ləyaqətinə hörmət
etmək (33.3.6) müəllimin birbaşa vəzifələrinə aiddir. Əlavə olaraq, pedaqoji
etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq,
ziyalılıq nümunəsi göstərmək (33.3.5.), uşaq və gəncləri fiziki və psixi zorakılığın
bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək (33.3.7.)
də dolayısı ilə şagirdlərin tərbiyəsinə təsir edən amillərdəndir.
Müəllim-şagird, şagird-şagird, müəllim-valideyn, müəllim-məktəb rəhbərliyi,
məktəb rəhbərliyi-valideyn, məktəb və ictimai təşkilatlar arasındakı uğurlu və
uğursuz münasibətlərə dair konkret situasiyalar nümunəsində, praktik prob-
lem-həll şəraitində müəllimlərin əlavə təhsilinin təşkilinə ehtiyac duyulur.
Həmin məsələlərin məktəb şəraitində müşahidəsi və müzakirəsi isə praktik
bacarıqların daha da möhkəmlənməsinə şərait yaratmış olar.
Digər tərəfdən, məktəblərdə təhsil iştirakçıları arasında münasibətlərdəki
boşluqlar məktəb rəhbərlərinin və müəllimlərin idarəçilik bacarıqlarının aşağı
olmasından irəli gəlir. Araşdırmalar göstərir ki, bakalavriat səviyyəsinin «İbtidai
sinif müəllimliyi» ixtisası üzrə təhsil proqramının «məzmunun ixtisas
xarakteristikası və kompetensiyası»nın 2.2.1. bəndində, «hüquqi biliklərə və
etik normalara yiyələnmək (ÜK-4)»; «kollektivdə öz həmkarları ilə birgə işləməyi,
optimal qərarlar qəbul etməyi bacarmaq; idarəetmə metodlarına yiyələnmək
(PK-8)»; «şagirdlərin müəyyən qruplarına rəhbərliyi bacarmaq» (PK-9) pedaqoji
təhsilin məzmununun tərkib hissəsidir.
Qeyd edilən məsələləri ən praktik şəkildə özündə əks etdirmiş, məzmun və
tədris texnologiyaları tərəfimizdən işlənib hazırlanmış «Təhsilin əsasları» fənni
[Süleymanova A. 2014] 2009-2011-ci illərdə eksperimental fənn olaraq tədris
edilmişdir. Layihənin qiymətləndirilməsi komissiyası ilkin müəllim hazırlığı
səviyyəsində «ibtidai sinif müəllimliyi» ixtisası üzrə təhsil alan gələcək müəllimlərə
tədris edilmiş bu fənnin nəticələrini yüksək qiymətləndirmişdir. Avropa
Komissiyası, Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğun 2011-ci ildəki EAC-
2011-0301 (Tərəfdaş danışıqlar proseduru EAC / 28/2011) müqaviləsinə
əsasən 2011-ci ildə Şərq Tərəfdaşlığının altı ölkədə (Ermənistan, Azərbaycan,
Belarus, Gürcüstan, Moldova və Ukrayna) aparılan araşdırmalara dair yekun
hesabatının «İlkin müəllim təhsili: kurikulum və müəllim təhsilinin standartları»
(5.4.1.3.) bəndində göstərilir: «Təhsil sektorunun inkişafı layihəsi çərçivəsində
«Təhsilin əsasları» dərsliyi ilə bərabər ibtidai məktəb müəllimləri üçün yeni
təlim kursları da hazırlanmış, yeni tədris proqramının tətbiqinə üç pilot
universitetdə başlanmışdır».
5
Sənədin «Müəllim təhsilində innovasiyalar: innovativ
təcrübələr və inkişaflar» (7.2.) bəndində göstərilir: «Bir neçə ali təhsil
müəssisəsində yalnız fənlərini bilən müəllimlərin deyil, həm də öyrənmə
prosesinin menecerlərinin hazırlanmasına əsaslanan yeni bir metod tətbiq
olunur. Yəni gələcək müəllimlər həm təhsil prosesində fəlsəfə, marketinq və
təhsilin idarə olunması sahələri üzrə, həm də informasiya-kommunikasiya
Dostları ilə paylaş: