şagirdin bütün parametrlər üzrə inkişaf səviyyəsinin nəzərə alınması təlim
nailiyyətinin keyfiyyətinə təsir edən əsas amildir. Bu baxımdan, sinifdə mövcud
vəziyyətin araşdırılmasının texnologiyası tərəfimizdən işlənib hazırlanmışdır.
Qeyd edilən araşdırma hər dərs ilinin əvvəlində aparılmaqla şagirdlərə diferensial
yanaşmanı təmin edir. Sinifdə mövcud vəziyyəti araşdırmaq üçün aşağıda qeyd
edilən istiqamətlərdə tədqiqatlar aparılır. Cədvəl 2-də həmin tədqiqatlar əks
edilmişdir.
Şagirdlərin fiziki-fizioloji vəziyyəti müxtəlif tapşırıqlar, məktəbin tibbi heyəti
və fiziki tərbiyə müəllimi ilə sənədlərə əsasən; psixoloji vəziyyətini müxtəlif
test və tapşırıqlara və məktəb psixoloqu ilə aparılan araşdırmalara əsasən;
təhsil proqramı üzrə nailiyyət səviyyəsini sinif jurnallarına əsasən və fənn
müəllimləri ilə; şagirdlərin sosial vəziyyətini ailə ilə kommunikasiya qurmaqla
və müşahidələrə əsasən araşdırılmışdır. Toplanmış bütün məlumatlar əsasında
hər bir şagirdin göstəricilərini əks etdirən «Şagird haqqında məlumat» kartı
işlənib hazırlanmışdır. Beləliklə, həm təlimin təşkilində, həm də sinfin idarə
edilməsində əhəmiyyətli hesab edilən «şagird haqqında məlumat»lar vahid
kartotekada toplanmışdır. Bu kartoteka sinifdə tədris işi aparan digər müəllimlər
üçün də əlçatandır. Aparılan işin məktəb-ailə, müəllim-şagird münasibətlərinin
daha da inkişaf etdirilməsi və sinfin idarə edilməsində xüsusi əhəmiyyəti var.
Həmin kartlardan yararlanaraq qruplarda təlim fəaliyyətinin səmərəliliyini
yüksəltmək üçün şagirdlərin müxtəlif parametrlər üzrə (idraki, sosial, psixoloji
və s. vəziyyəti) qrup tərkibləri müəyyən edilmişdir. Onların oturacağı yerlər
müəyyənləşdirilərkən, sinifdə tərtibat və təchizat işləri aparılarkən və təlimin
təşkili zamanı şagirdlərə fərdi yanaşmanı təmin etmək üçün «Şagird haqqında
məlumat» kartından geniş istifadə edilmişdir. Həmin göstərilənlər
ümumiləşdirilərək «Sinif haqqında məlumat kartı» tərtib edilmiş, məktəb
rəhbərliyinin «Siniflər haqqında məlumat» kartotekasına təqdim etmək üçün
hazırlanmışdır. Araşdırmalar aşağıda təqdim edilən ardıcıllıqda həyata keçirilmişdir.
Dostları ilə paylaş: