1. Şagirdlərin fiziki-fizioloji vəziyyəti: fiziki və fizioloji sağlamlıq vəziyyətinin
araşdırılması onlara fərdi yanaşma imkanı verən amillərdəndir. Şagirdlərdə
belə problemlərin olması onların təlim keyfiyyətlərinə təsir göstərir. Təhsilalanların
zəif görməsi, pis eşitməsi, ürək çatışmazlığı, nitq qüsuru, xüsusi qayğıya
ehtiyacının olması müəllimin diqqətindən kənarda qalmamalıdır. Şagirdlərin
oturacağı sıranın və yerin müəyyən edilməsi, parta yoldaşının seçilməsi digər
uşaqların da həmin uşaqlarla pozitiv münasibətlərinin qurulmasının təşkil
edilməsi və prosesin nəzarətdə saxlanılması üçün bu məsələlərin ciddi araşdırılması
çox vacibdir. Bu problemlərə müəllimin kifayət qədər diqqət yetirməməsi
şagirdlərin mənəvi-psixoloji problemlərinin də baş qaldırmasına səbəb ola
bilər.
Hər qrupda eşitmə problemi olan uşağa yardım edən yaxşı eşidən, görmə
problemi olan uşağa dəstək verən yaxşı görən, dayaq aparatlarında problemləri
olan uşaqlara kömək edən sağlam uşaqlar birləşdirilir. Müəllim onların adlarını
müəyyənləşdirərək yazır. Lazım olan məqamda siyahını oxumaqla və ya masaların
üzərinə siyahıları qoymaqla «hər kəs öz yerini tapsın» komandası verir.
Afət Süleymanova
Qloballaşan dünyada gedən proseslərin təhsilə təsiri və müəllim fəaliyyətində preventiv tədbirlər
http://journal.edu.az
43
|