Article in Azerbaijan Journal of Educational Studies · June 2019 doi: 10. 32906/ajes/686


Qloballaşan dünyada gedən proseslərin təhsilə təsiri və müəllim fəaliyyətində preventiv tədbirlər



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix01.01.2022
ölçüsü1,42 Mb.
#50883
1   ...   6   7   8   9   10   11   12   13   ...   30
Afet Suleymanova-article

Qloballaşan dünyada gedən proseslərin təhsilə təsiri və müəllim fəaliyyətində preventiv tədbirlər

http://journal.edu.az



41

———————————————————————————

6

Eyni yerdə



7

http://www.ibe.unesco.org/fileadmin/user_upload/Publications/WDE/2010/pdf-

versions/Azerbaijan.pdf

8

http://documents.worldbank.org/curated/en/153671468221999934/text/ICR11340P0709



8101Official0Use0Only1.txt


inkişafını  əhatə  edən  interaktiv  təlim  metodologiyası  tətbiq  olunmaqla  yeni

«Təhsilin əsasları» fənni tədris edilir. Qeyd edilir ki, Azərbaycan Dövlət Pedaqoji

Universitetində,  Azərbaycan  Müəllimlər  İnstitutunda  və  Gəncə  Dövlət

Universitetində ibtidai sinif müəllimliyi kursları üçün yeni tədris planı (sillabus)

pilot  əsasda  həyata  keçirilmişdir.  Adları  qeyd  edilən  təhsil  müəssisələrinin

müəllim  heyəti  ilkin  müəllim  hazırlığında  tətbiq  ediləcək  yeni  fənni  tədris

etmək üçün zəruri bilik və bacarıqlara sahib olmaq məqsədi ilə xüsusi kurslara

cəlb  edilirlər.  Fənnin  kurikulumu  və  «Təhsilin  əsasları»  adlı  əsas  dərslik

hazırlanmışdır.

Qeyd edilənlər heç də o anlama gəlmir ki, yalnız bir fənnin tədrisi ilə pedaqoji

kadr hazırlığında inqilabi dəyişikliklər gözləmək olar. Sadəcə bu fənn çərçivəsində

pedaqoji təhsilin məzmun və texnologiyalarının bütün mərhələlərini ən yığcam

şəkildə  əhatə  etmişdir.  Sözügedən  mərhələlər  «Azərbaycan  Respublikasında

faziləsiz  pedaqoji  təhsil  və  müəllim  hazırlığının  konsepsiya  və  strategiyası»

[Annex 2. Study on teacher education for primary and secondary education in

six Eastern Partnership] sənədinin (2.9.) «Fasiləsiz pedaqoji təhsil və müəllim

hazırlığının məzmun və texnologiyaları» bəndində göstərilmişdir:

• Peşə baxımından müəllimin özünütəyini (öz gələсək müqəddəratını təyin

etməsi)

• Özünütəşkili 

• Elmi-pedaqoji təşəkkül

• Elmi-pedaqoji сəhətdən özünütəkmilləşdirmə

• Pedaqoji yeniliyə meyilli olmaq baxımından özünürealizə (subyektin daxili

imkanlarının həyata keçirilməsi, özünütəsdiqi).

Qeyd edilən mərhələlərin bir fənn çərçivəsində deyil, pedaqoji təhsilin hər

səviyyəsində nəzərə alınması peşəkar təhsil işçilərinin hazırlanması baxımından

böyük əhəmiyyət daşıyır. 

2011-ci ildə «Təhsilin əsasları» fənni çərçivəsində 132-134 nömrəli məktəbdə

və Respublikanın on bir rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində

«Məktəbin və sinfin idarə edilməsi metodologiyası» fəsli çərçivəsində mövcud

vəziyyət öyrənilmiş, şagirdlər barədə məlumat toplanmış, əldə edilən nəticələrin

sinfin  idarə  edilməsində  və  təlimin  təşkilində  nəzərə  alınması  sınaqdan

keçirilmişdir. 

Sinif rəhbəri ilə birlikdə təcrübəçi müəllimlər verilmiş təlimatlara və tədqiqat

vasitələrinə  (test,  tapşırıq,  müşahidə  vərəqləri,  müsahibə  vərəqləri,  söhbətin

təşkili  üçün  suallar,  sənədlərin  araşdırılması  üçün  göstərişlər)  əsasən  sinifdə

mövcud vəziyyəti bir çox parametrlər üzrə tədqiq etmişlər.

Beləliklə,  altı  il  müddətində  sınaqdan  çıxmış  və  beynəlxalq  ekspertlərin

diqqətini çəkmiş bir təcrübəni təhsil ictimaiyyəti ilə paylaşmaqda fayda var.

Fiziki,  mənəvi  və  idraki  baxımından  inkişafını  təşkil  etmək  kimi  vəzifəni

yerinə  yetirmək  üçün  məktəb  və  müəllimin  şagirdi  dərindən  tanıması  əsas

şərtdir.  Bu,  şagirdin  fiziki-fizioloji,  mənəvi-psixoloji,  idraki  inkişafının  hansı

səviyyədə  olduğunu  qiymətləndirməyə  və  mövcud  vəziyyətdən  çıxış  edərək

təlim-tərbiyə işini təşkil etməyə imkan verir. Təlim-tədris təşkil edilərkən hər




Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin