http://www.cpusa.org/party_voices/the-crisis-in-public-education-causes-and-the-way-
qabaqlayan təhsil sistemlərinə Finlandiya və İsraili nümunə göstərmək olar.
Təhsil iştirakçılarının sıx əməkdaşlığı, məktəb-cəmiyyət, məktəb-ailə və
müəllim – valideynin birgə fəaliyyəti təhsil sahəsində istənilən müsbət dəyişikliyə
nail olmağa imkan yaradır. Bunlar təhsilin keyfiyyətini təmin edən idarəetmənin
əsas şərtlərindəndir [Vadi. D. Hadad. 1995]. Məktəbdə aparılan işin keyfiyyəti
dəyərləndirilərkən təhsil iştirakçılarının maarifləndirilməsi, tərəf-müqabilə
çevrilməsi məktəb rəhbərliyinin idarəçilik siyasətinin əsas şərtlərindəndir. Qeyd
edilənlər yalnız problemin həllinə elmi-nəzəri baxış olmayıb, «Təhsil haqqında»
Azərbaycan Respublikasının Qanununda təsbit edilmiş təhsil iştirakçılarının
hüquq, vəzifə və məsuliyyətlərində ifadə edilir.
4
Qanunun 32-ci maddəsində
təhsil iştirakçılarının hüquq və vəzifələri aydın şəkildə göstərilməklə, məktəb
rəhbərlərinin, müəllim və valideynlərin məsuliyyətlərini əks etdirir. Bunu cədvəl
1-də aydın görmək mümkündür.
Bu vəzifələri yerinə yetirməyə nail olmaq üçün ailə və məktəb əlbir olmalı,
yaxından əməkdaşlıq etməlidir. Müşahidələr göstərir ki, bəzi hallarda bir tərəf
öz vəzifə və məsuliyyətlərini digər tərəfin üzərinə qoymağa cəhd edir. Aparılan
anonim sorğuların nəticələrindən belə məlum olur ki, valideynlərin bir qrupu
təhsilin yalnız məktəbin işi olduğunu düşünür. Sual yaranır: təhsilin keyfiyyətini
idarə edən kollektiv idarəçilik mexanizmləri olmadan, müəllim tərəfindən
səmərəli öyrənmə şəraiti yaradılmadan, uşaq və yeniyetmələr valideyn tərəfindən
maddi-mənəvi, intellektual-psixoloji dəstəklə təmin olunmadan «dövlət təhsil
standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək» maddəsindəki
vəzifəni yerinə yetirmək mümkün olarmı? Təhsil qanunundan irəli gələn
insanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, ailə və cəmiyyət qarşısında
öz məsuliyyətlərini dərk etmək, qaydalara, etik normalara riayət etmək kimi
məsələlərin şagirdə tərbiyə edilməsi ailənin vəzifəsinə aiddir, ya məktəbin?
Burada məktəb və ailə arasında ziddiyyət yaranır. Aparılan müsahibələr və
söhbətlərə əsaslansaq, kifayət qədər müəllim hesab edir ki, onların vəzifəsi
təhsil verməkdir, tərbiyə vermək isə ailənin vəzifəsinə aiddir. Onlar əminliklə
bildirirlər ki, «tərbiyə evdən gəlir», «uşaq evin güzgüsüdür», «müəllim evdən
gələn tərbiyəsizi tərbiyələndirə bilmir», «müəllim təhsil verir, tərbiyə yox»,
«valideynlərin tərbiyəyə baxışı doğru deyil». Sorğuların nəticələri göstərir ki,
valideynlərin bir qismi tərbiyəni həm ailənin, həm də məktəbin işi hesab edir.
«Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsində
göstərildiyi kimi «təhsil proqramlarının mənimsənilməsini təmin etmək»lə
(33.3.2.) yanaşı təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları
vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və
əmək fəaliyyətinə hazırlamaq (33.3.3), şəxsi nümunəsi ilə təhsilalanlarda
Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına,
dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və
ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və
Dostları ilə paylaş: