https://www.worldbank.org/en/news/immersive-story/2019/01/22/pass-or-fail-how-can-
ifadə edir. 2016-cı il 1 May bəyanatında «hazırda xalq təhsilinin hücum altında»
3
olduğu, son illərdə proqramların, tədris, kadr və maddi ehtiyatların azalması ilə
nəticələnən ağır büdcə kəsintilərinin normaya çevrildiyi şərh edilir.
Arnold M. Gallegos «İnkişaf etməkdə olan ölkələrdə artan təhsil böhranı:
inkişafa təsir edən hallar və yeni perspektivlər» sərlövhəli məqaləsində yazır:
«Bir çox inkişaf etməkdə olan ölkələr təhsil imkanlarını yaxşılaşdırmaq və
genişləndirmək üçün təxminən üç onillik ərzində əldə etdikləri böyük uğurlarına
baxmayaraq, təhsil böhranı ilə üzləşməkdə davam edirlər» [Arnold M. Gallegos.
1982. pp.15-21].
İnsanların tənhalaşması, bir-birinə laqeydləşməsi, ənənəvi ailə modellərinin
dəyişməsi, boşanmaların artması, uşaq, yeniyetmə və gənclərin həyatına öz
təsirini göstərir. Məktəbyaşlı yeniyetmələr arasında son zamanlar müşahidə
edilən sui-qəsdlərin baş vermə səbəbi ictimaiyyətin müzakirə mövzusuna
çevrilir, günahkarlar axtarılır. Valideynlər müəllimləri, müəllimlər valideynləri,
uşaqlar hər ikisini, onların hamısı isə idarəçiləri günahlandırırlar. Baş verənlərin
səbəbləri üzərində düşünmək və yaranmış vəziyyətdən çıxış yollarını
müəyyənləşdirmək, günahkarı axtarmaqdan az əhəmiyyətli deyildir.
Dünya miqyasında müxtəlif dövrlərdə və müxtəlif əqidə sahiblərinin apardığı
təhlillərdən belə qənaətə gəlmək olur ki, təhsil sahəsində istənilən nəticələrə
nail olmaqda baş verən çətinliklərin əsas səbəblərindən biri dünyada gedən
dəyişikliklərin sürətinin, aparılan islahatların sürətindən qat-qat artıq olmasıdır
[Philip H.Coombs. 1968, pp.246]. Uğurlu təhsil, zamanı qabaqlamaq, bütün bilik,
bacarıq və səriştələr baxımından ən azı 15-20 il sonraya hədəflənməkdir.
Dünyada gedən sürətli dəyişikliklər nəzərə alınarsa, belə qənaətə gəlmək olar
ki, birinci sinifdə təhsil alan uşaq məktəbi bitirən zaman hansı cəmiyyətdə
yaşayacaqsa, o cəmiyyətin təhlillərə və elmi proqnozlara əsasən müəyyən-
ləşdirilmiş xüsusiyyətləri təhsilin hədəflərini şərtləndirən əsas amillər hesab
edilməlidir. Yəni təhsil yalnız bu günün deyil, 15-20 və daha çox illər sonra
mövcud olacaq cəmiyyətlərin ehtiyaclarına köklənməlidir. Bunun üçün isə təhsil
siyasətini müəyyən edən bütün qanunverici sənədlərin də zamanı qabaqlaması
zəruri şərtdir. Bundan da irəli gələrək bütün icra sənədləri, təhsilin bütün
səviyyələrinin məzmunu və hər səviyyədə məzmunu tətbiq edəcək pedaqoji
heyətin hazırlığı, həm ümumi, həm də ali təhsil müəssisələrinin infrastrukturu
bu günə deyil, gələcəyə hesablanmalıdır. Yəni cəmiyyətin mövcud vəziyyəti və
gələcəklə bağlı proqnozlar inteqrasiya edilərək gələcəyin məktəbinə verilən
tələblər müəyyənləşdirilməlidir. Elə bir məktəb ki, bütün müəllimlər zəruri
kompetensiyalara, şagirdlər əsas bacarıq və vərdişlərə sahib ola bilsinlər. Həmin
məktəblər uşaqların fiziki-psixi sağlamlığı baxımından təhlükəsiz və hər kəsə
əlyetərli olsun.
Qeyd edilənlər bir qədər utopiyaya bənzəsə də, dünyada buna nail olan
ölkələr mövcuddur. Təhsil sistemində baş verən böhranları aşaraq, zamanı
Afət Süleymanova
Dostları ilə paylaş: