262) Bir çay qaşığının tutumu nə qədərdir (ml-lə)?
A) 30
B) 10
C) 20
D) 5
E) 15
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Bir çay
qaşığının tutumu 5 ml – dir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
263) Həzmi asanlaşdıran ferment preparatlarını nə vaxt qəbul etmək lazımdır?
A) Yeməkdən əvvəl
B) Yeməkdən 2 saat sonra
C) Yeməkdən 1 saat sonra
D) Yemək vaxtı
E) Yemək arasında
Həzmi yaxşılaşdıran dərmanları, məsələn panzinorm, festal, mədə şirəsi yemək zamanı qəbul
edilməlidir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil “ Bakı 1998
264) Yuxugətirici dərman maddələrini yatmazdan neçə dəqiqə əvvəl qəbul etmək lazımdır?