Qüvvənin ölçülməsi- təsir edən qüvvənin ölçümünü, cismin
kütləsi və sürətləndirməni
bilib, ölçməklə əldə etmək olar: F=ma . Əzələ qüvvəsini ölçmək üçün müxtəlif qüvvə
ölçən cihazlarda istifadə edilir. Bu cihazların köməyilə ayrı-ayrı əzələ qruplarının
gərginlik qüvvəsini, istinad nöqtəsinə olan təsirini, miqdarını, təkan, zərbə, sancma və
s. qüvvəsini müəyyənləĢdirmək olar. Bu cihazları 2 növə bölmək olar:
birincilər adətən
qüvvənin maksimal əhəmiyyətini, ikincilər isə qüvvənin əyrilik Ģəklində dəyiĢdiyini qeyd
edirlər (dinamoqraf)
FĠZĠKĠ HƏRKƏTLƏRĠN BĠOMEXANĠKĠ TƏDQĠQAT METALLARI ( davam
)
4.4 HƏRƏKƏTLƏRĠN OBYEKTĠV QEYDƏ
ALINMASI
Bu metod hərəkətlərin mexanikasını öyrənən zaman olduqda əlveriĢlidir. Hərəkətlərin
qeydə alınması müxtəlif üsullarla ola bilər. Ən sadə üsullardan ayaq ləpirlərinin
kağızda qeyd edilməsi kefaloqrafiya, pnevmoqrafiya və s. Ən dəqiq qiymətli qeydlər
müxtəlif foto çəkiliĢin köməyilə aparılır.
Ayaq izlərini almaq üçün qaçıĢ və ya yeriĢdən qabaq ayaq altına və çəkib, döĢəməyə
salınmıĢ kağız zolağı üzərində qaçmağı təklif edir. Kağız üzərində qalmıĢ izlərdə hər
addımın uzunluğunu, hərəkətin simmetriklərini, ayaqların arasındakı məsafəni ayağın
içəri və bayır tağına təzyiqi və s. düzgün təyin etmək olar.
Kefaloqrafiya insanın müxtəlif Ģaquli vəziyyətlərdə baĢının tərpənmə hərəkətləri
qeydə alınmasıdır. Kefaloqrafiya həmçinin ümumi ağırlıq
mərkəzinin
dəyiĢməsini, əzələ qruplarında baĢ verən gərginliyin reflektor dəyiĢikliyini və
s. müəyyən edir.
Pnevmoqrafiya havanın sıxlığının köməyilə qeydə alınmasıdır. Bu metod əsas
etibarilə tənəffüs hərəkətlərini öyrənən zaman istifadə olunur. Bunun üçün
insanın gövdəsi ətrafına kəmər Ģəkilində 3 hava kamerası bərkidilir: döĢ xətti
səviyyəsində - aĢağı döĢ tənəffüsünün qeydi üçün, göbək səviyyəsində-qarın
tənəffüsünün qeydi üçün. Bu hava kameraları rezin borular vasitəsilə
kameraya təbillərlə birləĢdirilir və beləliklə, tənəffüs hərərkətləri (vaxtın
qeydə
alınması Ģərtilə) kimoqrafda yazılır.
Sadə foto çəkiliĢi bir anlıq Ģəkil ki, insanın vəziyyəti və duruĢu haqqında təsəvvür
verir. Ancaq hərəkəti öyrənən zaman bir foto Ģəkili kifayət etmir. Mürəkkəb
hərəkətləri qeyd etmək üçün kino və ya tsiklo çəkiliĢi lazımıdır. Tsiklo çəkiliĢ
adi fotoaparatla hərəkətsiz foto plastika üzərində olur.
Kino çəkiliĢi bir anlıq bir-birinin ardınca çəkilən ayrı-ayrı hərəkət anlarının bir
neçə dəfə kinolentə kadrlar Ģəkilində çəkilməsidir. Adətən bir saniyədə 24
kadr çəkilir. Cəld hərəkətlərin öyrənilməsi üçün saniyədə 120-240 kadr çəkilir.
Kino çəkiliĢinin köməyilə fiziki məĢğələlərin icra olunması obyekti və dəqiq
sürətdə qeyd etmək olar.