Mühazirə 11 Ə. Mirzəzadə Azərbaycan XVIII əsrin birinci yarısında


Xəzəryanı  ərazilər  Rusiyanın  hakimiyyətində



Yüklə 282,91 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix11.03.2022
ölçüsü282,91 Kb.
#53580
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
mt-is muhazire-11

Xəzəryanı  ərazilər  Rusiyanın  hakimiyyətində.  Xəzəryanı  bölgələri  ələ  keçirən  Rusiya 

əvvəl  burada  komendant  idarə  üsulu  tətbiq  etsə  də,  sonra  Səfəvi  idarə  üsulunu  olduğu  kimi 

saxladı.  Xəzəryanı  ərazilər  əyalətlərə,  mahallara,  nahiyələrə  və  kəndlərə  bölündü.  Mahalları 



darğalar,  nahiyələri  yüzbaşılar,  kəndləri  isə  kəndxudalar  və  kovxalar  idarə  edirdilər.  Əyalətdə 

hərbi-siyasi hakimiyyət rus zabitlərinin əlində idi.   



3. Səfəvi imperiyasının süqutu, Əfşarlar imperiyasının meydan gəlməsi  

  

Səfəvi  dövlətinin  ərazisinin  bir  hissəsini  Osmanlılar,  bir  hissəsini  əfqanlar,  bir  hissəsini 

Rusiya  tutmuş  və  onun  varlığı  təhlükə  altında  qalmışdı.  Səfəvi  dövlətinin  taleyini  düşünməyə 

başlayan  Şah  II  Təhmasib  və  iri  feodallar  türk  Əfşar  tayfasından  çıxmış,  dövrünün  görkəmli 

sərkərdəsi  Nadirqulu  xanın  ətrafında  birləşdilər.  Ölkəni  yadellilərdən  xilas  etmək  uğrunda 

mübarizəyə  başlayan  Nadirqulu xan  1728-1730-cu  illərdə  əfqan  feodallarını  ölkədən  qovdu  və 

Heratı  ələ  keçirdi.  Nadirqulu  xan  1730-cu  ildə  İsfahana  gəldi  və  Həmədan,  Marağa,  Ərdəbil, 

Təbriz  osmanlılardan  geri  alındı.  Osmanlı  dövlətində  baş  vermiş  dövlət  çevrilişindən  istifadə 

edən  Nadirqulu  xan  hərbi  əməliyyatı  genişləndirdi,  İrəvan  üzərində  hücuma  hazırlaşdı.  Lakin 

Xorasanda  baş  verən  üsyan  Nadiriqulu  xanı  ora  getməyə  məcbur  etdi.  II  Təhmasib  şöhrətini 

artırmaq üçün 1731-ci ildə hərbi əməliyyatları davam etdirdi və məğlubiyyətə uğradı. Osmanlılar 

Ərdəbili və Təbrizi tutdular, II Təhmasib sülh bağlamağa razı oldu. 1732-ci ilin yanvarın 16-da 

Girmanşahda  sülh  bağlandı.  Sülhün  şərtlərinə  görə  İrəvan,  Gəncə,  Şamaxı,  Şirvan  bölgələri 

Osmanlılara  verildi.  Həmədan,  Girmanşah,  Ərdəbil  və  Təbriz  Səfəvilərə  qaytarıldı,  Araz  çayı 

onlar arasında sərhəd oldu.   

 Rəşt  müqaviləsi.  I  Pyotrun  ölümündən  sonra  saray  çevrilişləri  Rusiyanı  zəiflətdi,  onun 

beynəlxalq nüfuzu aşağı düşdü. Xəzəryanı əraziləri əldə saxlamaq imkanı məhdudlaşdı. Rusiya 

Osmanlıları Xəzər dənizinə buraxmamaq üçün Xəzəryanı torpaqları Səfəvilərə qaytarmağa razı 

idi. 1732-ci ildə Rusiya ilə Səfəvilər arasında Rəşt müqaviləsi bağlandı. Müqaviləyə görə Rusiya 

Kürə  qədər  olan  torpaqları  Səfəvi  dövlətinə  qaytardı,  Səfəvilər  isə  bu  ərazilərə  Osmanlıları 

buraxmamağı öhdəsinə götürdü. Səfəvilər tutulmuş torpaqları Osmanlılardan geri aldıqdan sonra 

Kürdən şimaldakı torpaqlar Səfəvilərə qaytarılmalı idi. Rus tacirlərinə Səfəvi ərazisində ticarətdə 

güzəştlər verildi.   

 Nadirqulu xanın Osmanlılar üzərində qələbəsi. Xorasandan qayıtdıqdan sonra, 1732-ci 

ilin avqustunda Nadirqulu xan II Təhmasibi hakimiyyətdən saldı. Onun oğlu Abbas Mirzəni – III 

Şah  Abbas  şah  elan  etdi,  özünü  onun  qəyyumu  təyin  etdi.  Nadirqulu  xan  öncə  Osmanlılarla 

bağlanmış  Girmanşah  müqaviləsini  ləğv  etdi  və  Osmanlılardan  Səfəvi  torpaqlarını  geri 

qaytarmağı  tələb  etdi.  Rədd  cavabı  aldıqda  yüz  minlik  qoşunla  bir  neçə  istiqamətdə  hücuma 

keçdi.  1733-cü  ilin  yanvarında  Bağdad  ətrafında  Osmanlı  qoşunlarına  böyük  zərbə  vuruldu. 

Əhməd paşa sülh təklifi etdi. Bağdadda sülh bağlandı . Sülhə görə Osmanlılar 10 il müddətində 

tutmuş  olduqları  Səfəvi  torpaqlarını  geri  qaytarmağa  razılaşdılar  və  buna  qismən  əməl  etdilər. 

Nadirqulu xan hərbi əməliyyatları Azərbaycanın şimalında keçirdi. 1734-cü ildə Şamaxı tutuldu, 

müqavimət  göstərdiyinə  görə  şəhər  dağıdıldı,  əhalisi  indiki  Ağsu  ərazisinə  -  Yeni  Şamaxıya 

köçürüldü.  Bundan sonra Nadirqulu xan Qazıqumuxda gizlənmiş Surxay xanın  üzərinə hücum 

etdi, Surxay xan qaçdı, Qazıqumux qarət edildi. Daha sonra Nadirqulu xan Osmanlıların ən çox 

cəmləşdiyi  Gəncə  üzərinə  hərəkət  etdi.  Şəhər  4  ay  mühasirədə  saxlandı.  Həmçinin  Rusiya  ilə 

olan  çoxdankı  münaqişəni  də  aradan  qaldırmğa  çalışır.1735-ci  ilin  martın  10-da  Gəncə 

yaxınlığında Rusiya və Səfəvi arasında Gəncə müqaviləsi imzalanır.Ruslar xəzəryanı vilayətləri 

tamam tərk edir. Mühasirədə saxlanılan osmanlılara kömək etməyə gələn qüvvələr Üçmüədzin 

ətrafında  Nadirqulu  xan  tərəfindən  darmadağın  ediləndən  sonra  Gəncədəki  Osmanlı  qarnizonu 

təslim oldu. Beləliklə, 1735-ci ilin sonunda Osmanlılar Səfəvi torpaqlarından tamamilə çıxarıldı.   

Artıq  keçmiş  Səfəvi  sülaləsinin  nümayəndələri  və  feodal  əyanları  artıq  xalq  arasında  öz 

nüfuzlarını tamamilə itirmişdilər və ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. 1730-

1736-cı illərdə Səfəvi İmperiyasının ali baş komandanı, 1732-1736) toplanmış Muğan düzündə 

qurultay  çağırdı.  Bu  qurultaya  hərbi,  mülki  və  dini  əyanlardan,  şəhər  və  kənd  başçılarından 

ibarət  100  minə  yaxın  adam  toplanmışdı.  Muğan  qurultayında  Nadir  özünü  şah  elan  etdi. 

Beləliklə,  Səfəvilər  sülaləsinin  hakimiyyətinə  son  qoyuldu.  Keçmiş  Səfəvilər  imperiyasının 

ərazilərini  əhatə  edən  və  türk  mənşəli  Əfşarlar  sülaləsi  tərəfindən  idarə  edilən  Əfşarlar 

imperiyası meydana gəldi.   


Yüklə 282,91 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin