Əfşarlar azərbaycanlıların etnogenezinin formalaşmasında iştirak etmiş qədim türk
tayfasıdır. Əfşar boyu Oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə, Divanı Lüğəti-
Türkdəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan),
Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir. Əfşarlar
Orta Asiyada, Sır-Dərya bölgəsində yaşamışlar. Böyük köç ilə digər Oğuz tayfalarından
ayrılaraq Xuzistan, Xorasan, bir qismi isə İraq, Suriya yolu ilə Qərbi Azərbaycan (indiki
Ermənistan ərazisi) və Anadoluya gəlmişlər. İrana, İraq Suriyasına, Əfqanıstana da yayılmışlar.
Əfşarlar, Oğuzun o biri nəvələri Kınıklar və Qayılar kimi böyük hökmdarlar və sülalələr
yetişdirmişlər. Əfşarlar imperiyası əfşar tayfasının tarixdə yaratdığı ən möhtəşəm dövlət
olmuşdur.
Əfşarlar imperiyasının bazasını Azərbaycan ərazisi təşkil etmişdir. Nadir şahın inzibati
islahatına görə, Şirvan, Qarabağ, Çuxur-Səd, Təbriz bəylərbəylikləri birləşdirilərək
Azərbaycan
bəylərbəyliyi yaradıldı. Azərbaycan bəylərbəyliyinə Dərbənddən Həmədanadək bütün tarixi
Azərbaycan torpaqları daxil idi. Azərbaycanın mərkəzi əvvəlcə Ərdəbil, daha sonra Təbriz şəhəri
olmuşdur. Nadir 1736-cı ilin fevral ayında şahlıq tacını da məhz Azərbaycanda – Muğanda,
Suqovuşanda başına qoydu. Əlbəttə, bu təsadüfi deyildi və Nadirin milli kökünə ehtiramının bir
göstəricisi idi. Nadir şah əslində, İranı və onun ətrafını fəth edərək Azərbaycana birləşdirmiş,
Azərbaycan dövlətini bərpa etmişdir. Bu ərazidə Azərbaycan türkləri ilə bir yerdə farslar,
kürdlər, ermənilər, gürcülər, ərəblər, Qafqaz xalqları və s. yaşayırdılar, ancaq ölkədə vahid
hakimiyyəti əhalinin əksər çoxluğunu təşkil edən Azərbaycan türkləri idarə etmişdir. Azərbaycan
bəylərbəyliyinin hakimi vəzifəsinə Nadir şah qardaşı İbrahim xanı təyin etdi.
Nadir şah vergi islahatı keçirərək, vergilərin toplanılmasını qaydaya saldı və xəzinənin
gəlirini xeyli artırdı. Nadir şahın Azərbaycanda vergi siyasəti nəticəsində əhali tamamilə var-
yoxdan çıxdı, bir sıra bölgələrdə kütləvi aclıq başladı. Nadir şahın torpaq siyasətinin mahiyyəti
ondan ibarət idi ki, o, ayrı-ayrı iri feodalların nüfuzunu sarsıdaraq, dövlət torpaqlarını daha da
genişləndirdi. Nadir şahın Cənubi Qafqazdan ən mahir sənətkarları Xorasana köçürməsi
Azərbaycanda sənətkarlığa mənfi təsir etdi.
Dostları ilə paylaş: