Mühazirə 11 Ə. Mirzəzadə Azərbaycan XVIII əsrin birinci yarısında



Yüklə 282,91 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix11.03.2022
ölçüsü282,91 Kb.
#53580
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
mt-is muhazire-11

Şəki üsyanı. 1743-cü ildə Şirvan, Şəki, Təbriz, Xoy və Səlmasda yeni üsyanlar baş verdi. 

Bu dövrdə azadlıq mübarizəsinin mərkəzlərindən biri Şəki idi. Şəkinin hakimi Məlik Nəcəf əhali 

ilə pis rəftar edir, artıq vergilər toplayırdı. Onun zülmündən cana gəlmiş Şəki Əhalisi Nadir şaha 

şikayət etdi. Şah isə Şəki əhalisinin sakitliyi üçün Şəki əyanlarından bir nəfərin vəkil seçilməsini 

tapşırdı.  Hacı  Qurban  oğlu  Çələbi  Məlik  Nəcəfin  üzərində  nəzarətçi  və  vəkil  seçildi.  Məlik 

Nəcəflə Hacı Çələbi arasında münaqişə başlandı. Məlik Nəcəf Hacı Çələbidən şaha şikayət etdi. 

Şah onu öz hüzuruna çağırdı və edam edilməsini əmr etdi. Hacı Çələbi edama aparılarkən Məlik 

Nəcəfin  bütün  pis  əməllərini  şaha  bildirdi.  Şah  onu  azad  etdi.  1743-cü  ildə  Hacı  Çələbi  öz 

adamları  ilə  Məlik  Nəcəfi  öldürdü  və  Şəkidə  hakimiyyəti  ələ  keçirdi,  “Gələrsən-görərsən” 

qalasında  möhkəmləndi.  Nadir  böyük  qoşunla  Şəkiyə  hücum  etdi.  Lakin  4  aylıq  mühasirə  bir 

nəticə  vermədi.  Nadir  şahın  qoşunları  geri  çəkildi.  1746-cı  ildə  qala  müdafiəçilərinin  ərzaq 

ehtiyatı tükəndi. Hacı Çələbi vəkil vəzifəsində qalmaq şərti ilə Nadir şaha təslim oldu.   




Yüklə 282,91 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin