Mühazirə 11 Ə. Mirzəzadə Azərbaycan XVIII əsrin birinci yarısında



Yüklə 282,91 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix11.03.2022
ölçüsü282,91 Kb.
#53580
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
mt-is muhazire-11

Nadir şahın ordu quruculuğu. Nadir şahın sərkərdəlik və dövlətçilik fəaliyyətinin yadda 

qalan  uğurlarının  əldə  edilməsinin  başlıca  səbəblərindən  biri  də  onun  güclü  hərbi  qüvvələr 

yaratması idi. Nadir şah özünün bütün hərbi keyfiyyətlərini də məhz bu qüvvələr vasitəsilə ifadə 

edə bilmişdi.  İstəklərinə və tələblərinə uyğun gələn qoşunları formalaşdırmaqla Nadir şah həm 

böyük tarixi qələbələrlə yadda qaldı, həm də yeni bir dövlət qurdu. Səfəvilər dövründə mövcud 

olmayan  hərbi-dəniz  qüvvələrinin  və  onun  maddi-texniki  bazasının  möhkəmləndirilməsi  üçün 

əhəmiyyətli  addımlar  atdı.  Nadir  şah  iştirak  etdiyi  döyüşlərin  aparıldığı  şəraitə  uyğun  olaraq 

yüngül  artilleriyanın  (zənburəklərin)  işlədilməsinə,  döyüş  istifadəsinə  diqqəti  artırdı, 

artilleriyanın  yeni  strukturlarını  yaratdı.  Bundan  başqa,  briqada  (tip)  və  ləşgərlərin 

strukturlarında da bir sıra yeniliklər meydana gəldi. Nadir şahın qoşunlarında dəstələr daimi və 

müvəqqəti  əsasda  üzvi  şəkildə  birləşdirildi.  Nadir  şah  dövləti,  əsasən,  hərbi  dayaqlar  üzərində 

bərqərar olmuşdu. Ona görə də, Nadir şahın ətrafında daimi əsasda  yaradılmış qoşun strukturu 

var idi. Bura cəzayirçi, qorcu, qullar dəstələri, xüsusi qvardiya keşikçilər dəstəsi və s. daxil idi. 

Qoşunlara səfərbərliyin həyata keçirilməsində Nadir şah könüllülük prinsipindən istifadə edirdi. 

Bununla belə, Nadir şah qoşunların sayının artması üçün məcburiyyət vasitələrinə də əl atır, ələ 

keçirdiyi  vilayətlərin,  ərazilərin  hakimləri  və  əhalisi  qarşısında  konkret  sayda  qoşun  toplayıb 

mərkəzi  hakimiyyətin  ixtiyarına  verilməsi  tapşırıqlarını  da  qoyurdu.  Nadir  şah  qoşunların 

struktur  vahidlərinin  formalaşdırılmasında  və  onların  idarə  edilməsində  onluq  sistemindən 

istifadə edirdi.   

Eyni  zamanda  Nadir  şah  Fars  körfəzində  və  Xəzər  dənizində  donanma  yaradılması  işinə 

başladı  və  ordusunu  yenidən  qurmaq  fikrinə  düşdü.  Hər  iki  məqsədlə  Avropa  ölkələrindən 

mütəxəssislər  gətirdi.  Onun  ordusunda  artilleriya  və  tüfəngçilər  –  ağır  muşketlərə  silahlanmış 

piyada  döyüşçüləri  mühüm  yer  tuturdu.  Yeni  toplar,  mortiralar  (qısa  lüləli  toplar)  və  nüvələr 

tökməkdən  ötrü  Mərvdə  möhkəmləndirilmiş  mərkəz  yaradılmışdı.  Topçuların  hazırlığı, 

artilleriya və top sınaqları burada keçirilirdi. Bütün bunlar Nadir şahın gələcək qələbələri naminə 

edilirdi.  Onun  geniş  planları  vardı.  O,  Xəzər  dənizi  ətrafındakı  bütün  torpaqları  birləşdirərək, 

Çini də tutmaqla nəhəng bir dövlət yaratmaq arzusunda idi.   

Onun  apardığı  mərkəzləşdirmə  siyasəti  fars  mənşəli  feodal  əyanlarının  maraqlarına 

toxunurdu.  1741-ci  ildə  Mazandaran  meşələrindən  keçərkən,  Nadirə  suiqəsd  edildi.  Lakin  sui-

qəsd uğurlu olmadı, sui-qəsdin təşkilində günahlandırılan,  

Nadirin böyük oğlu Rzaqulunun gözləri çıxarıldı.   


Yüklə 282,91 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin