Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə35/76
tarix28.03.2022
ölçüsü0,94 Mb.
#54331
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   76
qn eve

 
AFRİKA    XALQLARI 
 
Afrika Avroasiyadan sonra ikinci böyük materikdir. Ən 
böyük çayları Nil, Konqo və Niger çaylarıdır. Afrikanın 
avropalılar tərəfindən tutulması  ərəfəsində yerli əhalinin sayı 
dünya  əhalisinin 20%-ni təşkil edirsə, 1960-cı illərdə bu 
göstərici 8%-ə enmişdir. XX əsrin 90-cı illərində Аfrikаdа 520 
mln. nəfərdən  аrtıq  əhаli yаşаyırdı.  Afrika materikində 3 
böyük irqin nümayəndələri: avropa, zənci və monqol irqlərinə 
məxsus insanlar yaşayır. Bundan başqa burada keçid və qarışıq 
irqin nümayəndələri də vardır. Zənci irqi ilə Avropa irqi 
arasında qarışıq və keçid formaya malik olan xüsusi bir irqi tip 
Həbəş irqidir. 
Afrika materiki aşağıdakı  ənənəvi etnoqrafik əyalətlərə 
bölünür: 
1) Məğrib və Liviya; 
2) Misir; 
3) Şimаli-Şərqi Аfrikа;  
4) Qərbi Sudan; 
5) Şərqi Sudаn; 
6) Şərqi Tropik Afrika;  
7) Qərbi Tropik Afrika; 
8) Cənubi Afrika
9) Madaqaskar xalqları 


_______________Milli Kitabxana______________ 
 47
İlk 3 qrupa daxil olan etnoqrafik əyalətlərdə yaşayan 
xalqların dilləri  Ərəb dillidir. Bundan başqa qeyd olunan 
ərazilərdə yerli dillərdə danışan  əhali də yaşayır. Bu ərazilər 
Afrikanın  şimal hissəsini təşkil edir. Ərazidə  İslam dini geniş 
yayılmışdır.  Şimali Afrikanın  əksər  əhalisi müsəlmandır. 
Müsəlmanlar daha çox Misirdə, Liviyada, Əlcəzairdə, Tunisdə, 
Mərakeşdə  və Sudanda yaşayırlar. Müsəlman  əhalisi yaşayan 
Şimali Afrika ərazisi, Cənubi Afrika Respublikası (CAR) 
istisna olmaqla Afrikanın digər  ərazilərindən mədəni, siyasi, 
iqtisadi və ictimai cəhətdən fərqlənirlər. Belə ki, bu regionun 
ölkələri daha çox inkişaf etmiş mədəniyyətə malikdirlər. Şimali 
Afrika ölkələrində memarlığın müxtəlif üslubları yaxşı inkişaf 
etmişdir.  İslamın yаydığı  ərazidə  Ərəb xilafəti yarandıqdan 
sonra bu din yayılmağa başlamış  və möhkəmlənmişdir. XIX 
əsrdə ərazidə Avropa ölkələrinin müstəmləkə rejimləri bərqərar 
olmuşdur. XX əsrin ortaları  və sonlarında milli azadlıq 
mübarizələri nəticəsində  ərazidə müstəqil dövlətlər meydana 
gəlmişdir.  İslam dini ilə  əlaqədar olaraq Şimali Afrika 
ərazisində müsəlman  şəriət qaydaları geniş yayılmışdır. Misir 
qədim  Şərq svilizasiyasının mərkəzlərindən biri olmuşdur. 
Regionun  əlverişli coğrafi mövqeyi vardır. Belə ki, Aralıq 
dənizi ilə  həmsərhəd olan Şimali Afrika ölkələri Avropa 
ölkələri ilə geniş  əlaqələrə malikdirlər. Sudan ərazisində 
Afrasiya, Nil-Saxara və Niger-Kordofan dil ailəsinə  mənsub 
xalqlar yaşayırlar. 
Həbəşistan “Efiopiya” sözünün tərcüməsidir. “Efiopiya” 
isə qədim yunan sözü olub, “Aytiopiya”nın yeni formasıdır. Bu 
da “Günəş  şüalarından qaralmış sifətləri olan insanların 
yaşadığı ölkə” deməkdir. Həbəşistan çoxmillətli və çox dilli 
ölkələr sırasına daxildir. Ərazidə müsəlmanlar, xristianlar və 
yerli dinə mənsub əhali yaşayır. 
Tropik Afrika ərazisində isə bantu dilli xalqlar və Sudan 
dilli xalqlar məskunlaşmışlar. Qərbi Tropik Afrikada yaşayan 
bantu dilli xalqlar əkinçilik və ovçuluqla, Şərqi Tropik 


_______________Milli Kitabxana______________ 
 48
Afrikada yaşayan bantu dilli xalqlar isə əkinçilik və maldarlıqla 
məşğuldurlar. 
Cənubi Afrika tarixi-etnoqrafik vilayətinin  şimal 
sərhədləri Zambezi çayı ilə  əhatə olunur. Cənubi Afrikada ilk 
Avropa yaşayış  məntəqəsini XVII əsrin ortalarında hollandlar 
salmışdılar. Sonralar bu ərazilərdə ingilislərin ağalığı 
güclənmişdir.  Ərazidə buşmenlər və hottentotlar daha geniş 
yayılmışdır. Bundan başqa bantu dilli xalqlar da yaşayırlar. 
Buşmenlər və hottentotlar eyni bir antropoloji tipə aid 
edilməklə Koysan qrupunu təşkil edirdilər. Buşmenlər və 
hottentotlarla yanaşı Cənubi Afrikada zuluslar da yaşayırlar.  
Ərazidə  Cənubi Afrika Respublikası (CAR) İEKÖ 
(İnkişaf Etmiş Kapitalist Ölkələri) sırasına daxildir. Ərazinin 
zəngin faydalı qazıntıları vardır. Mərkəzi və  Cənubi Afrikada 
Xristian dini də yayılmışdır. Yerli dinlər bəzi  ərazilərdə 
mövcuddur. Çохmilyоnlu  Аfrikа  əhаlisinin 12 milyоnu hind-
аvrоpа dillərində dаnışırlаr. 
Madaqaskar dünyanın  ən böyük adalarından biridir. 
Madaqaskar  əhalisi öz antropoloji əlamətlərinə, dillərinə  və 
mədəniyyətlərinə görə qonşu Afrika əhalisindən daha çox uzaq 
İndoneziya  əhalisinə  bənzəyir. Madaqaskar əhalisinin müasir 
dili  İndoneziya dillərinin qərb qrupuna aiddir. Onların dili 
İndoneziya  əhalisinin dilinə daha yaxındır. Dil və etnoqrafik 
elementlər malqaşları malay xalqları ilə eyniləşdirsə də, onların 
antropoloji  əlamətləri malqaşları  zəncilərlə yaxınlaşdırır. 
Ərəblərin gəlişinə qədər malqaşların yazısı olmamışdır. Malqaş 
dilində ilk yazı Ərəb əlifbası ilə XVIII əsrdə yazılmışdır. 
 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin