ÖN ASİYA XALQLARI: Coğrafi cəhətdən Ön Asiya
Kiçik Asiyanı, Mesopotamiyanı, Livanı,
Ərəbistan
yarımadasını və İran yaylasını özündə birləşdirir. Hal-hazırda
Cənub-Qərbi Asiyada aşağıdakı dövlətlər yerləşir: Türkiyə,
İran, İraq, Əfqanıstan, Suriya, Səudiyyə Ərəbistanı, Yəmən,
İsrail (Fələstin), Livan, İordaniya, Oman sultanlığı, BƏƏ
(Birləşmiş Ərəb Əmirlikləri), Bəhreyn, Küveyt, Qətər və Kipr
respublikası. Bu ərazilərin etnik tərkibi haqqında ilkin məlumat
e.ə. IV-III minilliyə aiddir. Regionun əhalisi 3 linqvistik
qrupda təmsil olunur: Semit, İran və Türk qrupları. Semit dilli
əhali ərəblər, aysorlar və yəhudilərdir. İran dilli əhali farslar,
puştunlar, taciklər, kürdlər, bəluclar və lurlardır. Türk
dillərində danışan əhali isə türklər, azərbaycanlılar, türkmənlər,
özbəklər, qaşqaylar, şahsevənlər, qacarlar, əfşarlardır. Burada 3
böyük dinin əhalisi yaşayır. Ərazidə müsəlmanlar üstünlük
təşkil edir. Yəhudilər və xristianlar da qeyd olunan ərazilərdə,
xüsusi ilə, Yaxın Şərqdə yaşayırlar. Regionun özü də müəyyən
cəhətlərinə görə etnoqrafik bölgələrə ayrılır: Əfqanıstan, İran,
Türkiyə xalqları, Suriya və İraq xalqları, İsrail xalqları,
Səudiyyə Ərəbistanı, Yəmən ərəbləri, Livan və İordaniya
ərəbləri, Kipr və Ərəb Əmirlikləri.
Əfqanıstan ərazisində əfqanlar, taciklər və özbəklər
üstünlük təşkil etməklə yanaşı burada müxtəlif xalqlar da
yaşayır. İran ərazisində farslar, azərbaycanlılar, kürdlər,
türkmənlər və ərəblər əsas etnik qruplar hesab olunur. Bununla
yanaşı İran ərazisində xeyli miqdarda İran dilli və Türk dilli
xalqlar da yaşayır. Semit dilli əhali də İranda çoxdur. Türkiyə
Respublikası ərazisində türklər, kürdlər, türkmənlər, ərəblər, o
cümlədən, Qafqaz xalqları (çərkəzlər, abazinlər, gürcülər,
lazlar) üstünlük təşkil edirlər.
_______________ Milli Kitabxana______________
51
İraq Respublikası da çoxmillətli ölkələr sırasına daxildir.
İraqda Semit qrupu, İran qrupu və Türk qrupuna aid olan
xalqlar yaşayır. Semit qrupu xalqları: İraq ərəbləri, Fələstin
ərəbləri, aysorlar; İran qrupu xalqları: Kürdlər, farslar, lurlar;
Türk qrupu xalqları: Türkmənlər, türklər. Qeyd olunan iri
xalqlarla yanaşı azsaylı xalqlar da yaşayır ki, bunlar da
ermənilər, çərkəzlər, indeylərdir.
Dostları ilə paylaş: |