ŞƏRQİ ASİYA XALQLARI: Bu əraziyə Çin,
Monqolustan, Koreya və Yaponiya daxildir. Əhali, əsasən,
Çin-Tibet, Altay və Avstroasiya dil ailələrinə mənsub dillərdə
danışır. Ərazi aşağıdakı etnoqrafik vilayətlərə bölünür:
1) Çin xalqları: Buraya çinlilər, xueylər, altaylar,
uyğurlar, monqollar, qazaxlar, mancurlar və başqaları daxildir.
2) Monqolustan xalqları: Buraya monqollar, buryatlar və
qazaxlar daxildir.
3) Koreya xalqları: Ərazidə Koreya Respublikası və
KXDR yerləşir. Əhalisinin əksəriyyətini koreyalılar təşkil edir.
4) Yaponiya xalqları: Əhalinin 99 %-i yaponlardır.
Bundan başqa ərazidə koreyalılar, çinlilər, amerikanlar,
filippinlilər, ingilislər, hindlilər və kanadalılar yaşayır.
Dostları ilə paylaş: |