ASİYA XALQLARI
Avrasiya materiki həm ərazisinə, həm də əhalisinin
sayına görə dünyanın ən böyük quru hissəsidir. Materik 2
qitədən ibarətdir: Avropa və Asiya. Asiya qədim insan
məskənlərindən hesab olunur. Çin, Hindistan, Babilistan, Orta
Asiya və Cənubi Qafqaz Asiyanın qədim mədəniyyət
_______________Milli Kitabxana______________
49
mərkəzlərindəndir. Asiya xalqlarının sosial-iqtisadi və mədəni
inkişaflarına son dövrlərdə başlanan müstəmləkə işğalları
olduqca mənfi təsir göstərmişdir. Hazırda Asiya xalqları
müstəmləkəçilik boyunduruğundan azad olaraq inamla
müstəqillik yolu ilə addımlayır və sosial ədalət uğrunda
mübarizə aparırlar. Asiyada bütün böyük insan irqlərinə rast
gəlmək mümkündür. Bunların içərisində monqoloid və
avropoid irqləri üstünlük təşkil edir. Burаdа pаpаus, mеlаnеziy,
piqmеy-nеqritоs və аvstrоlоid qruplаrı аd mövcuddur. Asiyada
çoxlu miqdarda qarışıq antropoloji tiplərə də rast gəlinir.
Burada Çin-Tibet, Hind-Avropa, Semit-Hamit, Altay,
Avstroneziya kimi böyük dil ailələrinə məxsus əhali yaşayır.
Qitədə xırda dil ailələrinə məxsus əhali də vardır.
Asiyada hazırda 3 milyarddan çox əhali yaşayır. Çin-
Tibet dil ailəsinin tərkibində ən çoxsaylı olanları çinlilər və
xueylərdir. Xueylər müsəlmandırlar. Bu dil ailəsinə mənsub
xalqlar Çində, Hind-Çində, Nepalda və Şimali Hindistanda
məskunlaşmışlar.
Paratay dil ailəsinə mənsub xalqlar Cənubi Çində və
Hind-Çində yaşayırlar. Asiyanın dravid dillərində Hindistanın
cənubunda yaşayan bütün xalqlar danışırlar.
Asiyada Hind-Avropa dilli əhali Hind, İran və Slavyan
qruplarına daxildir. Hind dilli əhali Hindistan, Pakistan, Nepal
və Banqladeşdə yığcam halda yaşayırlar. İran qrupuna daxil
olan əhali İran, Əfqanıstan, Türkiyə, Tacikistan, Suriya, İraq və
Pakistanda yaşayır.
Avroasiya dilləri, əsasən, Ön Asiyada yayılmışdır. Bunlar
ərəblər, aysorlar və yəhudilərdir. Asiyanın Altay dil ailəsi
Türk, Monqol və Tunqus-Mancur qruplarından ibarətdir.
Asiyanın tarixi-etnoqrafik əyalətləri bunlardır:
1) Ön (Qabaq) Asiya;
2) Cənubi Asiya;
3) Cənub-Şərqi Asiya;
4) Şərqi və Mərkəzi Asiya;
_______________ Milli Kitabxana______________
50
5) Orta Asiya və Sibir;
6) Qafqaz.
Dostları ilə paylaş: |