Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc


CƏNUBİ    ASİYA  XALQLARI



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə39/76
tarix28.03.2022
ölçüsü0,94 Mb.
#54331
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   76
qn eve

CƏNUBİ    ASİYA  XALQLARI: Regionda  Hindistan 
Respublikası, Pakistan İslam Respublikası, Banqladeş Xalq 
Respublikası, Şri-Lanka Respublikası, Nepal Krallığı və Butan 
Krallığı yerləşir. Cənubi Asiyada 200-ə  qədər xalq yaşayır. 
Əhalinin  əksəriyyəti Hind-Avropa dil ailəsinin Hind, İran və 
Dard budаqlаrınа, habelə, Dravid, Avstroasiya və Çin-Tibet dil 
ailələrinə  mənsub dillərdə danışırlаr.  Ərazidə müsəlmanlar, 
buddistlər və yerli dinlərə  məxsus  əhali yaşayır. Cənubi 
Asiyanın etnoqrafik vilayətləri aşağıdakılardır: 
1) Şimal vilayətlərinin xalqları və ya Hindistan xalqları: 
Buraya pəncab, kəşmir,  şina, balti xalqları daxildir. Əhalinin 
əksəriyyəti müsəlman və buddistlərdir. 


_______________Milli Kitabxana______________ 
 52
2)  Hindistan və Racəstan xalqları: Hindistan vilayəti 
Qanq çayı boyunca uzanır. Racəstan isə Hindistanın mərkəzi 
hissələrini  əhatə edir. Əsas  əhalisi hinduslar və racəstanlılar 
(racputlardır). 
3)  Şərq vilayətinin xalqları: Burada benqallar üstünlük 
təşkil edirlər. Benqallar Hindistan ərazisində  Qərbi 
Benqaliyada, Banqladeş  ərazisində isə  Şərqi Benqaliyada 
yaşayırlar. Oriyalar və assamlılar da yaşayırlar.  Ərazidə digər 
xırda xalqlar da məskunlaşmışdır. Benqalların  əksəriyyəti 
müsəlmandır. Ərazidə buddistlər də yaşayır. Bаnqlаdеş хlqlаrı 
əhаlinin 98 %-i bеnqаldır. Əhаlinin 85 %-i müsəlmаn, 14 %-i 
inаnistlərdir. Burаdа buddistlər və хristiаnlаr dа yаşаyırlаr. 
4)  Mərkəzi Hind yaylasının xalqları:  Ərazidə benqal, 
oriya, teluqu, maratx, racastxan xalqları yaşayır. Bundan başqa 
digər xırda xalqlar da ərazinin sakinləridir. Bunlara Qondaları 
misal göstərmək olar. Bxillər isə Qucarat və Racəstan 
vilayətlərində məskunlaşmışlar.  
5)  Qərb vilayətlərinin xalqları:  Bu bölgəyə,  əsasən, 
Hindistan Respublikası daxildir. Əsas xalqlar qucaratlar və 
maratxlardır. Qucaratlar, əsasən, Hindistanda və Pakistanda 
məskunlaşmışlar.  Əhalinin  əksəriyyəti induizm və  İslam 
dinlərinə mənsubdur. 
6) Cənubi Hindistan xalqları: Burada Dravid dil ailəsinə 
mənsub  əhali çoxluq təşkil edir. Ən böyük etnosları tamillər, 
kannara, malayyali və teluqu xalqlarıdır. 
7)  Şimаl-qərb vilаyətləri:  1947-ci ildə Hindistanla 
Pakistan 2 müstəqil dövlətə ayrıldı və Sind, Bəlucistan, Qərbi 
Pəncab, Qərbi Kəşmir və Hindistanın bir sıra  şimal  əyalətləri 
Pakistana verildi. 1971-ci ildə Pakistanın  şərq  əyaləti 
Banqladeş adı ilə müstəqil dövlətə çevrildi. Hind-Avropa dil 
ailəsinə  mənsub pəncablılar, sindxlər, puştunlar və  bəluclar 
Pakistanın  əhalisinin 97,5%-ni təşkil edirlər. Pəncablılar 
əhalinin 65%-ni təşkil edirlər. Pakistanda əhalinin dini inamları 
bu cürdür: müsəlmanlar 96%; Xristianlar 2%; İnduistlər 2%. 


_______________Milli Kitabxana______________ 
 53
8)  Nepal xalqları:  Əhalinin  əksəriyyəti Hind-Avropa və 
Çin-Tibet dil ailələrinə mənsubdur. 
9) Şri-Lanka xalqları: Burada sinqallar əhalinin 74%-ni 
təşkil edir. 
 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin