Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc


SİBİR VƏ UZAQ ŞƏRQ XALQLARI



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə41/76
tarix28.03.2022
ölçüsü0,94 Mb.
#54331
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   76
qn eve

 
SİBİR VƏ UZAQ ŞƏRQ XALQLARI 
Sibir əhalisinin 9/10 hissəsini slavyan xalqları təşkil edir. 
Sibirin daimi qeydiyyatda olan 26 milyonluq əhalisinin 22 
milyondan çoxunu ruslar, bir milyondan çoxunu isə 
ukraynalılar təşkil edir.  
Sibirin yerli xalqlarının sayı isə 1,3 milyondan artıqdır. 
Müasir Sibirdə 30-a qədər yerli xalq yaşayır. Onların 
bəzilərinin məskunlaşdığı torpaqlar Avropa dövlətlərinin bir 
çoxunun  ərazisindən böyükdür. Məsələn, Saxa (Yakutiya) 
Respublikasının  ərazisi Fransanın  ərazisindən 6 dəfə, 
buryatların yaşadığı ərazisi isə Böyük Britaniya torpaqlarından 
1,5 dəfə böyükdür. Sibir xalqları öz saylarına görə 2 qrupa 
ayrılırlar: böyük və kiçik xalqlar. Buryatlar, yakutlar, tuvalılar, 
sibir tatarları, xakaslar və altaylılar böyük xalqlar hesab 


_______________Milli Kitabxana______________ 
 54
olunurlar. Qalan xalqların hamısı “Sibirin kiçik xalqları” 
sayılırlar. 
Sibir xalqları müxtəlif dil ailələri və dil qruplarına 
bölünürlər.  Ən çox qohum dilli xalqlar Altay dil ailəsinə 
mənsub olan xalqlardır. Altay dil ailəsi 3 qrupa ayrılır: 1) Türk; 
2) Monqol; 3) Mancur. Türk qrupu daha genişdir. Sibirdəki 
Altay Sayan xalqları (altaylılar 75 min) da bu qrupa daxildir. 
Türk qrupuna daxil olan Sibir xalqları  aşağıdakılardır: 
Tuvalılar, xakaslar, Qərbi Sibir tatarları, qaraqaslar, şorlar və 
dolqanlar, yakutlar. Bunların içərisində daha çox yakutlar 
üstünlük təşkil edir (360 min).  
Sibirdəki monqol qrupu xalqlarından yalnız Baykal gölü 
ətrafında yaşayan buryatları (380 min) göstərmək olar. 
Bu baxımdan tunqus-macur qrupuna daxil olan xalqların 
sayı daha çoxdur. Bu qrupa tunquslar, lamutlar, nanaylar, 
ulçlar, negidallar, oroçlar, udegeylər, oroklar və mancurlar 
daxildir. 
Qərbi Sibirdə bəzi xırda xalqlar da yaşayır ki, bunlar da 
Ural dil ailəsinə mənsubdurlar.  
Sibirin bəzi xırda xalqları paleoasiyalılаr adlandırılır. Bu 
dil qrupuna Şimal-Şərqi Asiyanın bir çox xırda xalqları 
daxildir. Bunlar itelmenlər, çukçalar, koryaklar, yukagirlər və 
çuvanlardır. 
Sibirin şimal-şərqində bir qrup eskimos (1500) və aleutlar 
(500) da yaşayır. Tundra ərazisində maralçılıq geniş 
yayılmışdır. Buryatlar daha çox əkinçiliklə  məşğul olurlar. 
Cənubi Altayın və Sayanın türk xalqları (xakaslar və tuvalılar), 
əsasən, iri buynuzlu heyvanlar saxlayırdılar.  Şimali Altayın 
türk  əhalisi isə ovçuluqla məşğul olur. Əkinçilik təsərrüfatı 
Altaydan qərbə doğru yerləşən ərazilərdə Tomsk, İşim, Barabin 
və Tobol tatarları arasında yayılmışdı. Hazırda Sibir tatarları öz 
məişət və  mədəniyyətlərinə görə qonşu ruslardan o qədər də 
fərqlənmirlər.  


_______________Milli Kitabxana______________ 
 55
Şimalın maldar tayfaları,  əsasən, yakutlardır. Rusların 
gəlişinə qədər onlar at və iri buynuzlu heyvanlar saxlayırdılar. 
Atlar  ən  şaxtalı günlərdə belə tövlədə saxlanılmırdı. Yakutlar 
balıqçılıqla da məşğul olurlar. 
Köçəri buryatlar və altaylılar isə  əvvəllər daha çox 
alaçıqlarda yaşayırdılar. Altayların, buryatların, xakasların və 
yakutların başlıca yaşayış evi tipi altıbucaq evlər idi. Oturaq 
yakutlar və buryatlar isə  ağac evlərdə yaşayırdılar. Cənubi 
Sibirin maldar əhalisinin geyimləri monqol geyimlərinə 
bənzəyirdi. Cənubi Altay maldarları isə uzun ətəkli kürklər 
geyinirdilər. Yakutların qadın bayram libası “sanqıyax” 
adlanan uzun ətəkli qollu xəz koftalardan ibarətdir. 
Nivxlərin, nanayların, ulçların, koryakların, itelmenlərin, 
selkupların və xantların təsərrüfatı oturaq balıqçı təsərrüfat idi. 
Balıqçılıq bütün il boyu əhalinin ehtiyacını təmin edən yeganə 
həyat sahəsi idi. Oturaq balıqçılar itlərdən nəqliyyat vasitəsi 
kimi istifadə edirdilər. Onlar mürəkkəb qoşqu üsulu ilə 
xizəklərə qoşulurdu. Amur və Ob balıqçıları balıq dərisindən 
şalvar və xalat tikir, qış paltarlarını isə xəz dəridən tikirdilər. 
Ovçu və ya maralçı tayfalar Yenisey çayı ilə Oxot dənizi 
arasında məskunlaşmışlar. Onlar evenglər, evenlər, dolqanlar, 
selkunlar və ketlərin bir hissəsidir. Geyimləri “mamitsa” 
adlanan xəz dəridən ibarətdir və bu başdan ayağa qədər 
geyinilir.  
Arktika dəniz ovçuları adlanan və Çukot yarımadası 
sahillərində yaşayan eskimoslar, çukçalar və aleutlar, əsasən, 
suiti və morj ovlayırdılar. Primorsk əhalisi keçmişdə yalnız 
tüstü çıxmaq üçün bacası olan qapısız qazmalarda yaşayırdılar. 
Oraya nərdivanla çıxıb-düşürdülər. XIX əsrdə onlar maralçı 
qəbilələr sayağı yaranqalar tikməyi öyrənmişdilər. Onlar da iki 
qatlı xəz kisələrə bənzər paltar geyirdilər.  
Bir-birindən təcrid edilmiş  vəziyyətdə yaşayan Sibir 
xalqları arasında nəsli qəbilə münasibətlərinin qalıqları çox 
güclü idi. Məsələn, yukagirlərdə belə bir qayda var idi ki, 


_______________Milli Kitabxana______________ 
 56
gənclər gələcək qaynatasının evində bir müddət işləyərək onun 
qızı ilə evlənmək hüququ qazanırdı. Evlənən gənclər elə orada 
da yaşayırdılar. Bu tərzdə “işləyib ödəmə  əsasında nigah” 
çukça və koryaklarda da qeydə alınmışdır.  Ərin arvad tərəfə 
getməsi adəti XVII əsrdə itelmenlər arasında da vardı. Lakin 
Sibir xalqlarının  əksəriyyətində patriarxal nəsli quruluş hökm 
sürürdü. Məsələn, nivxlərdə  nəsil ata xətti üzrə hesablanırdı. 
Qədim Sibir xalqları arasında quldarlıq münasibətləri də 
saxlanılırdı. Qul edilmiş kişilər qadın kimi ev işlərində 
çalışırdılar. Lakin bеşinci nəsildə qul artıq azad edilirdi. 
Keçmişdə Sibir xalqları arasında  ən çox şamanizm dini 
yayılmışdı.  Şamanlıq XVII əsrdə buryatlar arasında buddizm 
ilə  əvəz olunmuşdu. Buddizm tuvalılar arasında, xristianlıq 
xakas və altaylarda əsas din sayılır. Qərbi Sibir tatarları XVI 
əsrdə müsəlmanlığı qəbul etmişlər. 
 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin