QAFQAZ XALQLARI: Xüsusi tarixi-etnoqrafik vilayət
olan Qafqazın etnik tərkibi olduqca rəngarəngdir. Hal-hazırda
Qafqazda 3 müstəqil ölkə: Azərbaycan, Gürcüstan (tərkibində
Abxaziya, cənubi Osetiya və Acarıstan vilayətləri yerləşir) və
Ermənistan Respublikaları, o cümlədən, Rusiya Federasiyası
tərkibində olan Şimali Qafqazda muxtar qurumlar və
respublikalar vardır: Dağıstan, Kabarda-Balkar, Şimali Osetiya
(Alaniya), Çeçenistan, İnquşetiya muxtar respublikaları,
Krasnodar ölkəsində Adıgey muxtar vilayəti, Stavropol
ölkəsində Qaraçay-Çərkəz muxtar vilayəti və Xəzərin şimal-
qərb sahillərində Kalmıkiya muxtar respublikası yerləşir.
Qafqazda 50-yə qədər xalq yaşayır. Onların ən böyüklərinin
statistik cədvəlinə baxaq:
Azərbaycanlılar 8
milyon
Gürcülər 4
milyon
Ermənilər 4,3
milyon
Abxazlar 100
min
_______________ Milli Kitabxana______________
59
Acarlar 300
min
Osetinlər 600
min
Dağıstan xalqları:
Avarlar
550 min
Darginlər 320
min
Kumıklar
260 min
Ləzgilər 450
min
Laklar
120 min
Tabasaranlar
85 min
Noqaylar
70 min
Rutullar
17 min
Aqullar
13 min
Saxurlar
15 min
Kabardinlər 350
min
Balkarlar
75 min
Çeçenlər 1
milyon
Çərkəzlər 55
min
İnquşlar 200min
Adıgeylər 120
min
Qaraçaylar
150 min
Abazinlər 36
min
Ruslar
12 milyon
Ümumi əhali: 32,5
milyon
Linqvistik baxımdan Qafqaz əhalisi 3 böyük dil ailəsinə
mənsubdur: Qafqaz, Hind-Avropa, Altay dil ailələri. Lakin
ərazidə azsaylı xalqlar da yaşayır ki, bunlar daha çox
Dağıstanda məskunlaşmışlar.
Antropoloji cəhətdən Qafqaz əhalisi yekcinsdir.
Monqoloid əlamətli noqaylar və kalmıkların əksəriyyəti istisna
edilməklə bütün digər xalqlar böyük Avropa irqini təmsil
edirlər. Ruslar istisna edilməklə Qafqazın bütün əhalisi Avropa
irqinin cənub budağına daxildirlər. Əhali başlıca olaraq üç
əlamətlərinə görə fərqlənir:
_______________ Milli Kitabxana______________
60
1) Saçın və gözlərin rənginə görə;
2) Sifətin enliliyinə görə;
3) Baş indeksinə görə.
Qafqaz əhalisini aşağıdakı antropoloji tiplərə ayırmaq
olar:
1) Böyük Qafqaz tipi;
2) Xəzər tipi;
3) Kuban və ya Pont tipi;
4) Kartvel və erməni tipləri.
Qafqaz əhalisinin müasir antropoloji tərkibi hələ Son
Tunc və İlk Dəmir dövründə formalaşmışdır. Qafqazda ən
geniş yayılmış dil ailəsi Qafqaz və ya İber-Qafqaz dil ailəsidir.
Hazırda bu dil ailəsi 4 budağa ayrılır: 1) Cənub (Kartvel); 2)
Şimal-Qərb (Abxaz-adıgey); 3) Mərkəz (Nax); 4) Dağıstan
budaqları.
Kartvel dillərində gürcülər danışır.
Abxaz-adıgey dillərində abxazlar, abazinlər, adıgeylər,
çərkəzlər və kabardinlər danışırlar.
Çeçenlərin və inquşların dilləri Nax budağına daxildir.
Dağıstan budağına avarların, darginlərin, lakların,
ləzgilərin, tabasaranların, o cümlədən, Dağıstanda və
Azərbaycanda yaşayan bir neçə xalqın dili daxildir.
Dağıstan və Azərbaycanda yaşayan Dağıstan dilli xalqlar
ləzgilər, aqullar, rutullar, avarlar, tabasaranlar, saxurlar,
udinlər, buduqlar, qrızlar və xınalıqlardır. Ləzgilər ləzgi, rus və
Azərbaycan dillərində, aqullar ləzgi və rus dillərində, rutullar
və saxurlar Azərbaycan və rus dillərində, tabasaranlılar öz
müstəqil ədəbi dillərində, udinlər Azərbaycan və udin
dillərində danışırlar.
Qafqazda Hind-Avropa dillərini təmsil edən xalqlar
ruslar, ermənilər, osetinlər, ukraynаlılаr, tatlar, talışlar, kürdlər,
yunanlar və başqalarıdır. İran dilli əhali osetinlər, talışlar,
kürdlər və tatlardır. Qafqazda moldovanlara, qaraçılara, alman-
lara da rast gəlinir.
_______________ Milli Kitabxana______________
61
Altay dil ailəsinə mənsub olan xalqlar türk dilli
xalqlardır. Bunlara azərbaycanlılar, noqaylar, kumıklar,
balkarlar, qaraçaylar daxildir.
Qafqaz xalqlarının geyimləri bəzi əlamətlərinə görə
ümumi xarakter daşısa da burada yaşayan xalqların
geyimlərində də fərqlər vardır. Adıgeylərin, osetinlərin,
qaraçayların, balkarların, abxazların geyimləri oxşardır. Bu
xalqların geyim tipləri: beşmet, dar şalvar, papaq və yapıncı,
ensiz toqqa və çəkmədən ibarətdir. Qadın geyimləri
köynəkdən, uzun şalvardan, enli biçimli tumandan və hündür
baş geyimindən ibarətdir. Dağıstan xalqlarının kişi geyimləri
bir çox əlamətlərinə görə adıgey geyimlərinə bənzəyir.
Dini etiqadlarına görə Qafqaz xalqları 2 hissəyə:
müsəlmanlara və xristianlara ayrılır. Xristianlıq Qafqazda
eramızın ilk əsrlərində yayılmışdır. IV əsrdə bu din Qafqaz
Albaniyasında (İndiki Azərbaycan və Cənubi Dağıstan) və
Gürcüstanda qəbul edilmişdir.
Xristianlıq gürcülərdən abxazlara və adıgeylərə (VI-VII
əsrlər) keçmişdir. Bu dini sonralar çeçenlər (VIII əsrdə),
inquşlar, osetinlər və başqa dağlılar da qəbul etmişdilər.
Qafqazda İslam dininin yayılması bilavasitə Ərəb dövrü
ilə (VII-VIII əsrlər) əlaqədardır. Bu din monqol yürüşləri
dövründə, xüsusilə, Teymurun yürüşləri zamanı daha da
möhkəmləndi. Abxazlar İslami XV əsrdə, türk işğalları
dövründə qəbul etdilər.
Şimali Qafqaz xalqları arasında İslam dinini XV-XVII
əsrlərdə türk sultanları və Krım xanları yayırdılar. İslam dinini
XVII-XVIII əsrlərdə osetinlər Kabardadan qəbul etmişdilər.
XVI əsrdə İslam Dağıstandan Çeçenistana da keçmişdir.
İnquşlar isə İslam dinini XIX əsrdə çeçenlərdən qəbul etmişlər.
İslam dini Şamilin başçılığı altında milli azadlıq hərəkatı
dövründə dağlılar arasında daha da möhkəmləndi.
Azərbaycanlılar Cənubi Qafqazda yaşamaqla Qafqazın ən
böyük yerli xalqıdır. Kökləri yerli Qafqaz Albaniyasına gedib
_______________ Milli Kitabxana______________
62
çıxan Azərbaycan xalqı öz milli adətlərinə, məişətinə və
mədəniyyətinə görə digər Qafqaz xalqları ilə həm oxşar, həm
də fərqli xüsusiyyətlərə malikdir. Albanların xarici antropoloji
görünüşü haqqında məlumatlardan aydın olur ki, onlar
Dağıstan və Azərbaycanda yaşayan, keçmiş albanların qalıqları
olan xalqlara çox oxşar olmuşlar.
Cənubi Qafqazda ikinci böyük yerli xalq gürcülərdir.
Gürcüstanda gürcülərlə yanaşı azərbaycanlılar, ruslar,
ermənilər, abxazlar, osetinlər, acarlar və başqa xalqlar da
yaşayırlar. Antropoloji cəhətdən gürcülər Pont-Zaqros tipinə
aiddir. Gürcülərin arasında bir çox etnik qruplar da vardır.
Hazırda onlar gürcü etnosunun tərkibinə daxil olaraq öz
əvvəlki etnik xüsusiyyətlərini itirmişlər. Bunlar, əsasən, kartli,
kaxet, tuşin, xevsur, pşav, moxev, mtiul, inqiloy, mesxi, cavax,
imeret, raçin, leçxum, qori, acar, meqrel, laz (çan) və
svanlardır. Gürcülər daha çox əkinçilik, maldarlıq, üzümçülük
və şərabçılıq, o cümlədən, sənətkarlıqla məşğul olmuşlar.
Gürcü yaşayış evləri 3 tipdir. Svanlar, xevsurlar və tuşinlər 3-4
mərtəbəli evlərdə yaşayırlar. Gürcü xalq nəqliyyat vasitələri 2
qrupdur: sürütmələr və xizəklər. Gürcü geyimləri
özünəməxsusluğu ilə seçilir. Kişi geyimləri çoxa-axalexi
adlanır. Gürcü adətinə görə endoqamiyaya yol verilmir.
Elçiliyə gedənlər, adətən, qızın dayısının razılığını alırdılar. Bu
adətə dasacerisi – razılıq deyirlər. Sonra patara nişani, yəni
kiçik nişan taxılırdı. Bu mərhələdən sonra nişanlı qız artıq başı
açıq evdən bayıra çıxa bilməzdi. Daha sonra böyük nişan
olurdu. Bir qədər sonra toy şənliyi başlayırdı.
Ermənilər Cənubi Qafqazda gəlmə xalq olmaqla Hind-
Avropa dil ailəsinin ayrıca bir qrupunu təşkil edirlər. Qədim
erməni dili qrabar XIX əsrə qədər danışıq dili kimi istifadə
olunmuşdur. Son orta əsrlər dövründən başlayaraq yeni ədəbi
erməni dili – aşxarabar dili təşəkkül taparaq XIX əsrdə tam
erməni dilinə çevrilmişdir. Ermənistan hal-hazırda monoetnik
respublikadır. Ermənistanın qədim yerli əhalisi azərbaycanlılar
_______________ Milli Kitabxana______________
63
olmuşdur. Qafqazа XIX əsrdə gələn ermənilər sonralar yerli
əhalinin məişət və mədəniyyətini mənimsəmişlər və bunları
özününküləşdirməyə cəhd göstərmişlər.
Dostları ilə paylaş: |