MƏRKƏZİ ASİYA, QAZAXISTAN VƏ QAFQAZ
XALQLARI
MƏRKƏZİ ASİYA VƏ QAZAXISTAN XALQLARI:
Uzun sürən etnik inkişaf prosesində Mərkəzi Asiya və
Qazaxıstanda yaşayan bir çox etnoslar artıq XX əsrin
əvvəllərində burjua milləti şəklində formalaşmışdır. Mərkəzi
Asiya və Qazaxıstanda yaşayan əhalinin 3/5 hissəsini türk
dillərində danışan əhali təşkil edir. Bunlara misal olaraq
özbəkləri, qazaxları, qırğızları, türkmənləri, qaraqalpaqları,
tatarları, uyğurları və azərbaycanlıları göstərmək olar. Türkdilli
xalqlar arasında əhalisinin sayına görə özbəklər birinci yerdə
dururlar. Hind-Avropa dil ailəsinin İran qrupuna aid olan
xalqlar ümumi əhalinin 7%-ni (50 milyon) təşkil edir. Bunlar
taciklər, farslar, bəluclar və kürdlərdir. Slavyan mənşəli xalqlar
27% təşkil edir. Dunqanların dili Çin-Tibet dil ailəsinə daxil
olan Çin dilidir.
Hal-hazırda Mərkəzi Asiya və Qazaxıstanda 5 müstəqil
_______________Milli Kitabxana______________
57
dövlət: Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və
Qazaxıstan, habelə, Özbəkistanın tərkibinə daxil olan
Qaraqalpaq Respublikası yerləşir.
Özbəkistan Respublikası əhalisinin 77,5 %-ni özbəklər
təşkil edir. Burada ruslar, tatarlar, qazaxlar, taciklər,
koreyalılar, qaraqalpaqlar, ukraynаlılаr, qırğızlar, yəhudilər,
türkmənlər və azərbaycanlılar da yaşayırlar.
Qazaxıstan əhalisinin 40 %-ni qazaxlar təşkil edir.
Qazaxlardan sonra ruslar üstünlük təşkil edirlər. Qazaxıstanda
ukraynаlılаr, almanlar, tatarlar, özbəklər, belaruslar, uyğurlar,
koreyalılar, azərbaycanlılar və dunqanlar da yaşayırlar.
Tacikistanda, əsasən, taciklər üstünlük təşkil etməklə
yanaşı burada özbəklər, ruslar, tatarlar, qırğızlar, ukraynаlılаr
dа yaşayırlar.
Qırğızıstan Respublikasının əhalisinin 56 %-ni qırğızlar
təşkil edir. Burada, həmçinin, ruslar (1,1 milyon), özbəklər,
ukraynаlılаr, tatarlar, uyğurlar, almanlar, qaraqalpaqlar,
dunqanlar və qazaxlar yaşayır. Rusların çoxluğu ilə əlaqədar
olaraq Qırğızıstan Respublikasının dövlət dilləri qırğız və rus
dilləridir.
Türkmənistanda əhalinin 80,5 %-ni türkmənlət təşkil edir.
Türkmənistanda ruslar, qazaxlar, azərbaycanlılar, ermənilər,
ukrainlər, bəluclar da yaşayırlar.
Mərkəzi Asiya və Qazaxıstanın maddi-mədəniyyəti etnik
mənsubiyyətdən daha çox təsərrüfat və regional xüsusiyyətləri
özündə əks etdirir. Şəhər yaşayış məntəqələrindən fərqli olaraq
aul və qışlaq kimi məskənlər etnik xüsusiyyətlərə malikdir.
Mərkəzi Asiya və Qazaxıstanda Alma-ata, Astana, Daşkənd,
Səmərqənd, Bişkek kimi iri şəhərlər vardır. Regionda ən böyük
şəhər Daşkənddir. Mərkəzi Asiyada yaşayış evləri 2 tipdir:
Oturaq əkinçilərə məxsus bir mərtəbəli evlər və Köçəri
maldarlara məxsus mövsümi xarakterli evlər. Mərkəzi Asiya
xalqlarının ənənəvi geyimləri bir çox ümumi spesifik cəhətlərə
malikdir. Kişi geyimlərinin əsasını tuniki formalı biçim
_______________ Milli Kitabxana______________
58
üsulunda hazırlanan köynəklər və enli şalvarlar təşkil edir. Üst
paltarı kimi hər yerdə yaxası başdan ayağa qədər açıq, uzun
qolları aşağıya doğru nazikləşən xalatlar geyirlər. Xalatın
biçimi və onun rəngi milli mənsubiyyəti ayırd etməkdən daha
çox onlar ayrı-ayrı vilayətlər üzrə fərqlənirdi. Məsələn, xarəzm
özbəkləri, türkmən və qaraqalpaqlar qırmızı rəngli, Fərqanə
özbəkləri və taciklər isə yaşıl-göy rəngli xalatlar geyirlər.
Ənənəvi qadın geyimləri XX əsrin əvvəllərinədək öz
milli xüsusiyyətlərini daha çox mühafizə etmişdir. Onlar tuniki
biçimli uzun köynək və şalvar geyirdilər. Paltarlar açıq rəngli
parçalardan tikilirdi. Üst paltarları kişi geyimlərindən o qədər
də fərqlənməyən xalatlardan ibarət idi. Mərkəzi Asiya ənənəvi
qadın geyimlərinin əsasını xalat örtük təşkil edir. Qadınlar onu
başlarına salırlar.
Mərkəzi Asiya və Qazaxıstan xalqlarının əksəriyyəti
müsəlmandır. Qazaxıstanın şimalında xristianlar da yaşayırlar
ki, bu da ərazidə rusların çoxluq təşkil etməsi ilə əlaqədardır.
Dostları ilə paylaş: |