_______________
Milli Kitabxana______________
65
meşə təsərrüfatı daha yüksək səviyyədə inkişaf etmişdir. Mal-
qaranın saxlanılmasında otlaq-bordaq forması üstünlük təşkil
edir. Daha çox etnoqrafik xüsusiyyətləri xalq geyimlərində
tapmaq olar. Geyimlərin istehsalı son zamanlara qədər kustar
хarakteri daşıyırdı. Şərq slavyanları özləri kətan, çətənə, əkir,
yun alır və dəri emal edirdilər. Şərq slavyanlarının əsas geyim
tipi köynəklərdir. Kişilər dizə qədər, qadınlar isə daha uzun
ətəkli köynəklər geyirdilər. Kişi köynəkləri birtipli – tunikli
biçimdə olurdu. Yalnız rusların yaşadığı bir çox vilayətlərdə
yanyaxa köynəklər geniş yayılmışdı. Qadın köynəklərində daha
çox fərq nəzərə çarpırdı. Şərqi slavyan xalqlarının qadın baş
örtükləri etnoqrafik baxımdan daha maraqlıdır. Qızların və ərli
qadınların baş örtüklərində fərqli cəhətlər daha çoxdur. Qadın
baş örtüyünün bağlanma qaydaları ən çox toylarda müşahidə
olunurdu. Cənubi rus vilayətlərində, ukraynalılarda və
beloruslarda baş yaylığından çələng düzəldirdilər. Bir çox
mərkəzi vilayətlərdə baş örtüyünün özü bir növ çələngi
xatırladırdı. Üst geyimləri daha universal xarakterdə idi. Bu
mənada qadın və kişi geyimləri arasında böyük fərq nəzərə
çarpmırdı. Ruslar, ukraynalılar və beloruslar rəsmən pravoslav
kilsəsinə xidmət edirlər. Təqvim mərasimləri İvan Kupola
bayramı, maslenitsa, troitsa, soçelnik təntənəli şəkildə qeyd
olunur.
Dostları ilə paylaş: