_______________
Milli Kitabxana______________
73
Əhalinin təsərrüfat ənənələri, mövcud inşaat materialı,
iqtisadi güzəran və etnik xüsusiyyətlər yaşayış evlərinin forma
və tip müxtəlifliyinə çox böyük təsir göstərən amillərdir.
Azərbaycan əhalisi qədim dövrlərdən bəri başlıca olaraq
əkinçilik və maldarlıqla məşğul olduğundan belə həyat tərzinə
uyğun olaraq daimi və mövsümi xarakterli yaşayış evləri inşa
edirdilər.
GEYİMLƏR: Azərbaycanda natural və yarımnatural fərdi
kəndli təsərrüfatının uzun müddət ərzində davam etməsi
müxtəlif səciyyəli geyim tiplərinin yaranmasına təsir
göstərmişdir. Bir qayda olaraq qapalı təsərrüfat formasında
istifadə üçün zəruri olan geyim materialları (gön-dəri, ipək,
pambıq, yun) hər bir ailənin öz fərdi təsərrüfatında hazırlanırdı.
Milli qadın geyim kompleksinə üst və can köynəkləri,
cüttuman, taybalaq, darbalaq, zıbını (gödəkcə), çəpgən,
çərkəzi, ləbbadə, nimtənə, küləcə, katıbı, kürdü, çalma, arxalıq,
çutqu, ləçək, örpək, kəlağayı, başmaq, çust, corab, kəmər və
müxtəlif bəzək növləri daxildir. Ənlik, sürmə və vəsmə kimi
kosmetik vasitələr, habelə, xına və rəng Azərbaycan
qadınlarının məişətində az yer tutmamışdır.
Ənənəvi kişi geyimləri tuniki və doğrama biçimli can və
üst köynəklərindən, şalvardan, arxalıq, çuxa və papaqdan,
habelə, müxtəlif ayaqqabı növlərindən ibarətdir. Yapıncı və
kürk geniş yayılmış geyim tipləri olmasa da, əhalinin müəyyən
təbəqələri bundan geniş istifadə etmişdir. Toqqa və qurşaq
geyim kompleksini tamamlayan başlıca mədəni amillərdir.
Dostları ilə paylaş: