_______________
Milli Kitabxana______________
74
növlərinə, onlardan hazırlanmış ərzaq məhsullarına üstünlük
verirdisə, maldarlıqla məşğul olan əhali isə ət və süd
məhsullarına üstünlük verirdi.
Undan
həm çörək, həm də müxtəlif xəmir xörəkləri
hazırlayırlar. Bunlara misal olaraq xəngəl, xəşil, quymaq,
umac, əriştə, həsi (qındı) və başqalarını göstərmək olar.
Xəngəlin əsas növləri sulu və quru xəngəl növləridir.
Gəncə-
Qazax zonasında xəngəl xörəyi daha çox bişirilir. Burada
“qurut xəngəli” adlı xörək quru xəngəl növünün adı kimi
tanınmışdır.
Azərbaycan milli xörəklərinin xeyli hissəsi düyüdən
hazırlanır. Düyüdən 50 növ plov hazırlayırlar.
Azərbaycan
mətbəxində quş əti və balıq məhsulları da əhəmiyyətli yer
tutur.
Maldarlıq geniş yayılmış ərazilərdə süd məhsulları, qatıq,
pendir, xama, qaymaq geniş istifadə olunur. Pendirlər müxtəlif
növdə olur. Bakı, Zuvand, Gəncə, Qazax, Qarabağ, Talış,
Quba-Qusar, Şirvan pendirləri bir-birindən fərqləndirilir. Ət
xörəkləri, əsasən, payız və qış aylarında süfrədə əsas yeri tutur.
Yerli qadınlar kəsilmiş heyvanın baş-ayağından kəllə-paça
bozbaşı da hazırlayırlar. Bu xörək
xalq təbabətində üstünlük
verilən qida növlərindən biridir.
Azərbaycan yeməkləri iki qrupa ayrılır: mərasim
yеməkləri və gündəlik yeməkləri. Mərasim yeməkləri bayram
günlərində, toylarda, yasda və digər məişət işlərində hazırlanır.
Gündəlik
yeməklər isə səhər, günorta və axşam yeməklərindən
ibarətdir.
Azərbaycan süfrəsinin ənənəvi içki növləri də vardır.
Bunlar soyuq və isti içki növləridir. Soyuq içki növlərinə su,
şərbət, ayran, atılama və çeşidli şirələr aiddir. İsti
içki növlərinə
daha çox çay aiddir.
Dostları ilə paylaş: