_______________
Milli Kitabxana______________
72
Əkinçiliklə yanaşı iqtisadiyyatın əsasını təşkil edən
təsərrüfat sahələrindən biri də maldarlıq olmuşdur.
Azərbaycanda ipəkçilik, arıçılıq, ovçuluq və balıqçılıq da
mövcud olmuşdur. Oturaq maldarlıq, əsasən, düzən ərazilərdə
− Kür, Gəncəbasar və Xəzər ovalıqlarında yayılmışdır.
Maldarlığın köçmə otlaq forması da geniş yayılmışdır. Köçmə
təsərrüfat sistemi üç təbii zonanın – düzən, dağlıq və dağətəyi
ərazilərin yem ehtiyatından və iqlim şəraitindən səmərəli
istifadə olunmasına əsaslanır. Azərbaycan maldarları bir qayda
olaraq öz heyvanlarını noyabr ayının ortalarından mart ayının
ortalarına qədər qışlaqlarda saxlayırlar. Bundan sonra
yaylaqlara köç edilir. Köç və onunla əlaqədar olan digər xərclər
maldar əhalinin illik büdcəsinin əhəmiyyətli hissəsini təşkil
edir. Qoyunçuluq təsərrüfatı Azərbaycan maldarlığının ən
gəlirli sahələrindən biridir. İkinci mühüm sahə iri buynuzlu
mal-qaranın saxlanmasıdır. Maldarlıqla atçılıq da mühüm yer
tutur.
Kənd təsərrüfatının mühüm sahələrindən biri arıçılıqdır.
Bu sahə, əsasən, Gədəbəy, Xanlar, Quba, Qusar, Şəki,
Zaqatala, Daşkəsən, Şamaxı və Astara rayonlarında inkişaf
etmişdir.
Ev peşəsi və sənətkarlıqda əsas yeri gön-dəri istehsalı,
dekorativ-tətbiqi sənət, xalçaçılıq, ağacişləmə, metalişləmə,
daşişləmə, dulusçuluq, toxuculuq tutur.
Dostları ilə paylaş: