_______________
Milli Kitabxana______________
68
Yeni il, pasxa ilə yanaşı yunanlar bütün Avropa xalqlarına
məlum olan “may bayramı”, təbiətin yaz oyanışı ilə əlaqədar
bayramlar da keçirirlər.
ALBANLAR: Hind-Avropa
dil ailəsinə daxil olan
xalqlardan biri də albanlardır. Onlar özlərini “Şgiptor”
adlandırırlar. Alban dili Hin-Avropa dil ailəsinə daxil olan,
İlliriya və Frakiyalılara aid edilən yeganə dil olaraq qalmışdır.
XII əsrdə müstəqil Alban dövləti
olan Ayberlər dövləti
yaranmışdı. Alban kəndlilərinin ənənəvi məşğuliyyəti köçmə
qoyunçuluqdur. Əkinçilikdə taxılçılıq əsas yer tutur. Albanların
kənd məskənləri 3 tiplidir: dağınıq, yığcam və müasir küçəvari
poan quruluşlu evlər. Albaniyada əhalinin əksəriyyəti
müsəlmandır. Albaniyada Milad günü (25 dekabr), “Yaz günü”
(1 və 14 mart) və Müqəddəs Georgi günü (23 aprel)
təntənəli
surətdə keçirilir. Albaniyada Müqəddəs Georgi günü (23 aprel)
həm xristianlar, həm də müsəlmanlar tərəfindən qeyd edilir.
MALTALILAR: Maltalılar Avropada yeganə Semit dilli
xalqdır. Onlar Aralıq dənizində Malta və Qotso adalarında
məskunlaşmışlar. Əsas məşğuliyyətləri əkinçilikdir. Otlaqların
azlığı heyvandarlığı məhdudlaşdırır. İqlim Maltada ildə 2-3
dəfə məhsul götürməyə imkan verir. Maltalıların
mənəvi
həyatında katolosizm çox böyük rol oynayır.
Dostları ilə paylaş: