AZƏRBAYCAN ETNOQRAFİYASI Azərbaycanlılar Qafqaz regionunda say etibarilə yerli
xalqlar arasında birinci ümumilikdə is,ə ruslardan sonra ikinci
yerdə dururlar. Azərbaycan Respublikası əhalisinin sayı 8,3
milyondur. Azərbaycanda 8 milyondan çox azərbaycanlı yaşa-
yır. Bundan başqa azərbaycanlılar Gürcüstanda, Mərkəzi Asiya
və Qazaxıstanda, Rusiyada, Türkiyədə böyük qruplar halında
yaşayırlar. Dünyada hazırda 50 milyondan çox azərbaycanlı
yaşayır. Azərbaycan çoxmillətli ölkədir. Burada azərbaycan-
lılarla yanaşı çoxlu miqdarda etnik qruplar: ləzgilər, avarlar,
saxurlar, rutullar, udinlər, xınalıqlar, qrızlar, buduqlar,
gürcülər, talışlar, tatlar, türklər, ruslar, ukrainlər, belaruslar və
digər хаlqlаr yaşayırlar. Azərbaycanda subetnoslar еtnоqrаfik
qruplаr da yaşayır: ayrımlar, padarlar, şahsevənlər və s. bu cür
subetnoslara aiddir. Bu subetnosların dili Azərbaycan dilidir.
Еtnik qruplаr tаtlаr, tаlışlаr, kürdlərin dilləri – Аvrоpа dil
аiləsinin İrаn budаğınа аiddir. Qafqaz dilli xalqlar isə ləzgilər,
avarlar, saxurlar, udinlər, buduqlar, qrızlar, xınalıqlar,
yengiloylardır ki, bunlar da başlıca olaraq Azərbaycanın şimal-
şərq və şimal-qərb rayonlarında məskunlaşmışlar.
Azərbaycan dili türk dillərinin cənub-qərb qrupuna daxil
olmaqla 4 dialekt toplusuna və bir çox şivələrə bölünür. 4
dialekt qrupu aşağıdakılardır:
1) Şərq qrupu: Quba, Bakı, Şamaxı dialektləri; Lənkəran
və Muğan şivələri daxildir;
2) Qərb qrupu: Qazax, Gəncə, Qarabağ dialektləri; Ayrım
şivəsi daxildir;
3) Şimal qrupu: Şəki dialekti; Zaqatala-Qax şivəsi;
4) Cənub qrupu: Təbriz, Naxçıvan, Ordubad dialektləri;
İrəvan şivəsi.