Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc


MƏİŞƏT VƏ  MƏDƏNİYYƏT ÜMUMİLİYİ



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə4/76
tarix28.03.2022
ölçüsü0,94 Mb.
#54331
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   76
qn eve

MƏİŞƏT VƏ  MƏDƏNİYYƏT ÜMUMİLİYİ: Oxşar 
təbii şəraitdə, bir-biri ilə ünsiyyətdə yaşayan insanlar bir qayda 
olaraq maddi və  mənəvi mədəniyyət sahəsində oxşar ünsürlər 
yaradırlar. 
MƏNŞƏ  BİRLİYİ:  Bu cəhət yalnız nadir hallarda bir 
xalqı başqalarından ayırmaq üçün fərqləndirici  əlamət sayıla 
bilər. 
Etnoqrafiyada  etnik öz-özünü anlama xüsusiyyəti də 
əsas amillərdən biridir. 
ETNOQRAFİYANIN MƏNBƏLƏRİ, TƏDQİQAT 
ÜSULLARI VƏ  VƏZİFƏLƏRİ:  Etnoqrafiya elminin əsas 
mənbələrini tədqiqatçının çöl müşahidələri təşkil edir. 
Etnoqrafın çöl müşahidələri müxtəlif formalarda aparılır: 1) 
Bilavasitə müşahidə; 2) Etnoqrafın yerli əhalinin işində  fəal 
iştirakı; 3) İnformatorlarla müsahibə. Bir qayda olaraq çöl 
işlərinin aparılmasının 2 başlıca metodu vardır: 1) Ekspedisiya 
üsulu; 2) Stasionar üsul. I üsul etnoqrafın müəyyən qrup 
köməkçiləri ilə obyektdə apardığı müşahidələrdir. Ekspedisiya 
10 gündən 3 aya qədər nəzərdə tutulur. II üsul isə etnoqrafın 
uzun müddət (10-15 il) araşdırdığı obyektin insanları ilə 
birlikdə yaşayaraq tədqiqat aparmasıdır. Təbii – tаriхi, cоğrаfi, 
sоsiоlоji, muzеy və  təsviri mаtеriilаrа, hаbеlə  аntrоpоlоgiyа, 
linqivistikа,  аrхеоlоgiyа, fоlqlаr və digər  еlm sаhələrinə 
əsаslаnаn və bunlаrdаn bir mənbə kimi istifаdə  еdən 
еtnoqrafiya elminin xüsusi tədqiqat metodları vardır. Məsələn, 
tarixi müqayisə metodu, kompleks yanaşma metodu, 
kartoqrafiya metodu, anketləşdirmə metodu, formal tipoloji 


_______________Milli Kitabxana______________ 
 
6
təhlil metodu, struktur-sistem metodu və s. metodları 
göstərmək olar.  
Etnoqrafiya bir elm kimi digər humanitar və  təbiət 
elmləri ilə  sıx surətdə  əlaqədardır. Elmin müstəqil sahə kimi 
Etnoqrafiya XIX əsrin ortalarında Qərbi Avropa və Amerika 
ölkələrində təşəkkül tapmağa başlamışdır. 
Hazırda müasir Etnoqrafiyanın qarşısında çox 
mühümvəzifələr durur ki, bunları da başlıca olaraq 6 qrupa 
ayırmaq olar: 
1) Ayrı-ayrı ölkələrin, həmçinin, bütün dünya əhalisinin 
etnik tərkibinin öyrənilməsi; 
2) Xalqların etnik tarixi və etnogenezi problemi; 
3) Nəsli qəbilə quruluşunun, yəni sinifsiz cəmiyyətin 
öyrənilməsi; 
4)Tarixən formalaşan milli-mədəni 
ənənələrin 
öyrənilməsi; 
5) Müasir məişətin öyrənilməsi; 
6) Müasir etnik proseslərin öyrənilməsi. 
 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin