_______________
Milli Kitabxana______________
8
inkişafını, sosial təşkilatların inkişaf səviyyəsini anlamağa
başladılar. Qərb ədəbiyyatında Qərbi Avropanın “mədəni”
xalqlarının digər “mədəniyyətsiz”, “az mədəniyyətli” “təbii”
xalqlara qarşı qoyulması bu mənada başa düşülür. Ümumi
fəlsəfi anlayış olan “mədəniyyət” anlayışı etnoqrafiyada bir
xalqı başqasından fərqləndirən maddi və mənəvi həyat
amillərinin xüsusiyyətləri şəklində izah edilir. Bu xüsusiyyətlər
bir qayda olaraq etnosun öz dilində əks olunur.
3. Genezis – yunan sözü olub mənşə, mənbə, yaranma
mənalarında işlədilir. Bu termin etnoqrafiyada müəyyən bir
xalqın, etnik birliyin mənşəyini öyrənən zaman qarşıya çıxır.
Adi etnoqrafik təcrübədə
bəzən müəyyən etnosun
mənşəyindən, əmək alətləri tiplərinin, yaşayış evləri və xalq
geyimlərinin genezisindən, müəyyən toy adətlərinin
təşəkkülündən bəhs edir.
4. Dil ailəsi-Linqvistikadan etnoqrafiyaya dil ailəsi
termini keçmişdir. Dünya xalqlarının etnoqrafik təsnifatını
verərkən bu termindən geniş istifadə olunur. Burada dillərin
qohumluğu onların mənşəyinə görə öyrənilir. Etnoqrafiayada
avtoxton anlayışından da istifadə olunur. Avtoxton (yunan sözü
olub “autos”-özü, “xtones”-torpaq) mənşə etibarilə yerli olan
deməkdir. Yunan avtoxtonuna qədim Roma termini olan
aborigen termini uyğun gəlir ki, bu da “müəyyən bir ölkənin
yerli əhalisi”, “həmin ərazidə ən qədimdən yaşayan” deməkdir.
Xarici etnoqrafiyada hər iki termindən geniş istifadə olunur.
Birinci termin müəyyən mədəniyyət amilinə aydınlaşdırıcı söz
kimi, sifət kimi əlavə edilir (avtoxton mədəniyyət, avtoxton
adət və s.). İkinci isə yerli xalq mənasında işlədilir. Tuzemel bu
torpağın sakini, aborigen, inorodnıe, inoqorodnıe və bu kimi
anlayışlar başqa xalqların heysiyyətinə toxunmaq mənasında
başa düşülür və təhqiramiz xarakter daşıyır.
Dostları ilə paylaş: