Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:
Sədrlik edən hakim Vidadi Məmmədov imzaladı,
Hakim Raqib Qurbanov imzaladı, Hakim Elmira Nağıyeva imzaladı
Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi
Sənədin elektron yüklənmə ünvanı:
https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=d9993c965b8546a287d434c51323dc9f
Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən
elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə
təsdiq edilmiş əl imzasına bərabər tutulur.
Azərbaycan Respublikası adından
Qərar
Bakı Apelyasiya Məhkəməsinin
İnzibati Kollegiyası
Bakı şəhəri
2-1(103)-1718/2020
19.10.2020-ci il
hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva
Elmira Eyvaz qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə,
iddiaçı Əliyev Əhməd Tahar oğlunun və onun vəkili Musayev Nazim Cəlal oğlunun,
cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi İsayev Səfər Qalib
oğlunun iştirakı ilə
xidmət illərinin güzəştli şərtlərlə hesablanması vəzifəsinin həvalə edilməsi tələbinə
dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2254/2020 nömrəli iş üzrə
18 iyun 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə
əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq
müəyyən etdi:
İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 29.11.1996-cı il tarixdən
2001-ci ilin iyun ayına qədər döyüş bölgəsində olduğu xidmət illərinin güzəştli şərtlərlə,
yəni bir ay xidmət müddətinin üç ay xidmət müddəti kimi hesablanması vəzifəsinin
cavabdehə həvalə edilməsini xahiş etmişdir.
Bakı İnzibati Məhkəməsinin 18.06.2020-ci il tarixli qərarı ilə iddia təmin
edilməmişdir.
Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib,
iddianın təmin olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı 1993-cü ilin yanvar ayının 6-dan 06
dekabr 1996-cı ilə qədər cavabdehin tabeçiliyində olan 981 saylı hərbi hissədə əvvəlcə
müddətdən artıq hərbi qulluqçu kimi, sonra isə kiçik çavuş hərbi rütbəsində xidmət
etmişdir. Hərbi hissənin özü arxa cəbhədə dislokasiya olunsa da, xidmət etdiyi 981 saylı
hərbi hissənin tabeçiliyində olan 8 saylı (əvvəlcə sovetdən qalma 512 nömrəli yarımqrup
adlanırdı) zenit raket divizionu döyüş bölgəsində yerləşirdi və döyüş tapşırığını yerinə
yetirirdi. O səbəbdən xidmət illəri hesablanan zaman 981 saylı hərbi hissənin tərkibində
olarkən xidməti döyüş bölgəsində 8 saylı zenit raket divizionun tərkibində keçirilməsi
güzəştli şərtlərlə hesablanmalıdır (1 ay 3 ay kimi).
1996-cı il dekabr ayının 29-da cavabdeh üzrə verilmiş əmrə əsasən döyüş
bölgəsində xidmət etdiyi 8 saylı zenit raket divizonu əvvəlki döyüş mövqeyində