Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:
Sədrlik edən hakim Vidadi Məmmədov imzaladı,
Hakim Raqib Qurbanov imzaladı, Hakim Elmira Nağıyeva imzaladı
Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi
Sənədin elektron yüklənmə ünvanı:
https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=d9993c965b8546a287d434c51323dc9f
Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən
elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə
təsdiq edilmiş əl imzasına bərabər tutulur.
v) xidmətin bir ayı ayyarım sayılmaqla:
bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində (bu qərarın 2-ci bəndini “b”
yarımbəndində göstərilən dalğıclardan sağayi);
müdafiə, milli təhlükəsizlik, daxili işlər nazirliklərinin xüsusi təyinatlı dəstələrində və
digər hərbi birləşmələrdə - bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə;
iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət – Azərbaycan Respublikası Nazirlər
Kabinetinin təsdiq etdiyi siyahı üzrə;
sırada olan, bilavasitə Azərbaycan Respublikası sərhədlərinin keşiyində duran
dəniz sərhəd gəmilərində və katerlərində;
sərhəd qoyumlarının zastava və komendaturalarında, respublikanın dövlət
sərhədinə onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət
postlarında, nəzarət radiostansiyalarında və nəzarət – buraxılış məntəqələrində);
respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsində 1000 metr və daha çox
hündürlükdə;
sualtı qayıqlarda onların sırada olduğu dövrdə, minatutan gəmilərdə döyüş
minalarını tutma dövründə - Müdafiə Nazirliyinin müəyyənləşdirdiyi şərtlərlə;
Azərbaycan Respublikası ali hakimiyyət və idarəetmə orqanlarının təhlükəsizliyi
idarəsində - bilavasitə post xidməti aparan operativ heyət üçün – idarə rəisinin təsdiq
etdiyi vəzifəsi siyahısı üzrə;
cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı fövqəladə vəziyyətlərdə ictimai asayişi və
dövlət təhlükəsizliyini qorumaq vəzifələri yerinə yetirilərkən – respublikanın qanunverici
orqanlarının müəyyən etdiyi dövrlərdə;
müvafiq nazirlik, xidmət və baş idarə rəhbərlərinin təqdimatı ilə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifə siyahısı üzrə hərbi qulluqçuların ayrı-
ayrı kateqoriyalarına daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə.”
AR Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə,
miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının
rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin
edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında”
23.11.1992-ci il tarixli 631 nömrəli Qərarının 01.07.2005-ci il tarixdən qüvvədə olan
redaksiyada 2-ci bəndinə əsasən:
“2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi
hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə
mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun
müddət xidmətə güzəştli şərtlərlə aid edilsin:
a) xidmətin bir ayı iki ay sayılmaqla:
döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma,
kontuziya), şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti
respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox
hündürlükdə;
reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi
şərtlərlə;
su altında və barokameralarda yüksək təzyiq şəraitində xeyli qalmaqla iş aparan
dalğıc vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin habelə Dövlət Sərhəd Xidmətinin
müəyyənləşdirdiyi şərtlər sayılmaqla:
b) xidmətin bir ayı ayyarım sayılmaqla:
bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində (bu qərarın 2-ci bəndinin “b”
yarımbəndində göstərilən dalğıclardan savayı);
müdafiə, daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici
|