Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı


Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı



Yüklə 224,31 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix31.03.2022
ölçüsü224,31 Kb.
#54479
1   2   3   4   5   6   7   8   9
1 ilin xidmət illəri hesab olunması

Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:

Sədrlik edən hakim Vidadi Məmmədov imzaladı,

Hakim Raqib Qurbanov imzaladı, Hakim Elmira Nağıyeva imzaladı

Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi

Sənədin elektron yüklənmə ünvanı:

https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=d9993c965b8546a287d434c51323dc9f



Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən

elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə

təsdiq edilmiş əl imzasına bərabər tutulur.

divizionu bütün xidməti müddətində (həmin divizionda xidmət etdiyi 27.06.2000-ci ilə

qədər) döyüş tapşırığını yerinə yetirmiş, döyüş şəraitində olmuşdur. O səbəbdən hesab

edir  ki, onun 06 yanvar 1993-cü il tarixdən 27.06.2000-ci il tarixə qədər xidmət illərinə

Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli Qərarının a) bəndinə uyğun “bir ay üç ay

əvəzi” kimi güzəştli xidmət illəri hesablanmaqla digər xidmət illərinə əlavə olunmalıdır.

Qərarın özündə də “bir ay 3 ay əvəzi” güzəştli xidmət illərinin hüquqi əsasları

göstərilsə də, məhkəmə qanunvericiliyin tətbiqində səhvə yol vermişdir.

Məhkəmə iddianı rədd edərkən cavabdehin nümayəndəsinin təqdim etdiyi əmrin

surətləri hesab etdiyi sənədlərə istinad edərək qərarında qeyd edir ki, guya 31 mart 1995-

ci il tarixə və 18 avqust 2000-ci il tarixdən 8-ci zenit raket divizonu döyüş şəraitində döyüş

əməliyyatlarında iştirak edən bölmə hesab edilmişdir. Yəni, 31 mart 1995-ci il tarixdən 18

avqust 2000-ci il tarixə qədər dislokasiya yerini dəyişməyən, eyni döyüş tapşırığını yerinə

yetirən, döyüş bölgəsində olan, döyüş əməliyyatlarında iştirak edən digər qoşun növlərini

havadan mühafizə edən, ölkənin hava məkanının böyük bir sahəsini düşməndən qoruyan

8-ci zenit raket divizonu cavabdehin nümayəndəsinin və məhkəmənin qənaətinə görə

təqribən 5 il ərzində heç bir döyüş tapşırığı almamış, döyüş əməliyyatlarında iştirak

etməmiş, 5 ildən sonra yada düşmüşdür ki, belə bir döyüş vahidi mövcuddur və

cavabdehin əmrinə əsasən 15 avqust 2000-ci il tarixdən döyüş şəraitində döyüş

əməliyyatlarında iştirak edən bölmə hesab edilmişdir.

İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və onun vəkili şikayətə uyğun izahat

vermiş,


cavabdehin

nümayəndəsi

birinci

instansiya

məhkəməsinin

qərarının

dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

 

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası



İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə

müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının

təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi

qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3).

Şikayət mahiyyətcə əsassızdır.

 

İşdən müəyyən edilir ki, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət



Xidməti Bakı şəhəri Xətai rayon idarəsinin 27.08.2019-cu il tarixli 38 nömrəli arayışına

görə, 1962-ci il təvəllüdlü ehtiyatda olan kiçik gizir Əliyev Əhməd Tahar oğlu 30.04.1981-ci

ildən 21.10.1981-ci ilədək kursant, 01.12.1981-ci ildən 31.05.1983-cü ilədək SSRİ SQ-də,

06.01.1993-cü ildən 29.11.1996-cı ilədək 981 saylı hərbi hissədə, 29.11.1996-cı ildən

21.09.2004-cü ilədək 998 saylı hərbi hissədə, 21.09.2004-cü ildən 04.12.2006-cı ilədək

054 saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında”

Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə)

müvafiq olaraq HHMQ və HHQK-nın 04.12.2006-cı il tarixli 029 gm əmrinə əsasən

ehtiyata buraxılmışdır.

AR Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilmiş 16.05.2019-cu il

tarixli 5/2-6399 nömrəli arxiv arayışına əsasən, Əliyev Əhməd Tahar oğlu Bakı şəhəri

Nəsimi RHK-dan ehtiyatdan həqiqi hərbi xidmətə göndərilmiş, sıravi Əliyev Əhməd Tahar

oğlu 981 nömrəli hərbi hissə komandirinin 06 yanvar 1993-cü il tarixli 3 nömrəli əmrilə

şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, 512 nömrəli yarımqrupun

mühafizə tağımının komandir müavini vəzifəsinə təyin edilmişdir. HHQ və HHQM

komandirinin 29 noyabr 1996-cı il tarixli müvafiq əmrinə əsasən hərbi xidmətini davam

etdirmək üçün 998 nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş kiçik gizir




Yüklə 224,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin