Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:
Sədrlik edən hakim Vidadi Məmmədov imzaladı,
Hakim Raqib Qurbanov imzaladı, Hakim Elmira Nağıyeva imzaladı
Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi
Sənədin elektron yüklənmə ünvanı:
https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=d9993c965b8546a287d434c51323dc9f
Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən
elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə
təsdiq edilmiş əl imzasına bərabər tutulur.
saxlanılmaqla 998 saylı hərbi hissənin tərkibinə verildi. O səbəbdən 1997-cı il 21 yanvar
tarixindən siyahıya daxil və bütün növ təminatlarla təmin edilməklə, xidməti 998 saylı hərbi
hissənin tərkibinə verilmiş 8-ci zenit raket divizionun tərkibində - döyüş bölgəsində davam
etdirmişdir.
Məhkəmənin qərarında cavabdehin təqdim etdiyi sənədlərə baxış zamanı müəyyən
edilib ki, o, 2000-ci ilin iyun ayının 27-ə qədər 998 saylı hərbi hissənin 8-ci zenit raket
divizionunda xidmət etmişdir, 27 iyun 2000-ci ildən 04.12.2004-cü ilə qədər isə xidmətini
arxa cəbhədə keçirmişdir. Beləliklə, cavabdehin arayış formasında məhkəməyə təqdim
etdiyi sənədlərdən müəyyən olunur: 06 yanvar 1993-cü il tarixindən 27 iyun 2000-ci ilə
qədər döyüş bölgəsində olan və döyüş tapşırığı yerinə yetirən 8-ci zenit raket divizionunun
tərkibində xidmətdə olmuşdur; həmin illərə aid xidmətdə olduğu 06 yanvar 1993-cü ildən
01 may 1997-ci ilə qədər xidmət illəri güzəştli şərtlərlə - 1 gün 2 gün kimi hesablanmışdır
ki, bu da xidmət illərinə əlavə 04 il 03 ay 25 günün əlavə edilməsinə səbəb olmuşdur, 01
may 1997-ci ildən sonra hər hansı güzəşt hesablanmamışdır.
AR Nazirlər Kabuinetinin “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə,
miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara,daxili işlər orqanlarının
rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin
edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23
noyabr 1992-ci il tarixli 631 saylı Qərarının 2-ci bəndinin:
a) yarımbəndində nəzərdə tutulduğu halda xidmətin bir ayı üç ay,
b) yarımbəndinə görə xidmətin bir ayı iki ay,
v) yarımbəndində isə xidmətin bir ayı ayyarım sayılır.
Dərhal qeyd edir ki, v) yarımbəndində nəzərdə tutulmuş halların ona heç bir
aidiyyatı yoxdur və cavabdeh də həmin yarımbəndi onun xidmət illərinə tətbiq etməkdən
imtina edibdir.
b) yarımbəndinin onun xidmət illərimə tətbiq edilməsinə heç bir əsas yoxdur. Belə
ki, həmin yarımbəndin birinci hissəsi Azərbaycan Respublikasında onun suverenliyinin,
ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində
Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və
digər əsgəri birləşmələrdə xidmət müddətini nəzərdə tutur. “Xidmət” anlayışı eyni mənanı
daşısa da, Qərarın a) yarımbəndinin birinci hissəsi döyüş şəraitində olmuş, konkret döyüş
tapşırığına malik və döyüş əməliyyatlarında iştirak edən hərbi birləşmələrdə xidməti, b)
yarımbəndinin birinci hissəsində isə döyüş şəraitində olmayan, lakin Azərbaycan
Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı
hərbi əməliyyatlar dövründə xidməti nəzərdə tutur.
Göründüyü kimi, a) yarımbəndinin birinci hissəsi ilə b) yarımbəndinin birinci hissəsi
arasında zahiri cəhətdən oxşarlıq olsa da, birinci hal döyüş şəraitində olan, döyüş
tapşırığına malik, döyüş əməliyyatlarında iştirakı nəzərdə tutur.
İkinci halda isə, bu halların mövcudluğu zamanı döyüş şəraitndə olmayan, lakin
Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda gedən əməliyyatlar dövründə döyüş
şəraitindən kənardakı hərbi birləşmələrdə xidməti nəzərdə tutur.
Məhkəmənin qərarında müdafiə nazirinin müvafiq əmrlərinə istinadən göstərilir ki,
8-ci zenit raket divizonu döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab
edilmişdir.
Məhkəmənin qərarından və cavabdehin verdiyi məlumatdan görünür ki, onun
güzəştli xidmət illəri AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı Qərarının
b) bəndinə uyğun olaraq, 06 yanvar 1993-cü ildən 01 may 1997-ci ilə qədər bir ay iki ay
əvəzi kimi hesablanmışdır.
Həmin Qərarın b) bəndinin ona aidiyyatı yoxdur. Belə ki, xidmət etdiyi zenit raket
|