Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi


XII fəsil  HÜQUQİ VƏ FİZİKİ ŞƏXSLƏRİN TORPAQ SAHƏSİ



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə18/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   ...   14   15   16   17   18   19   20   21   ...   121
Torpaq Mecellesi

  

   


XII fəsil 

HÜQUQİ VƏ FİZİKİ ŞƏXSLƏRİN TORPAQ SAHƏSİ 

 

ÜZƏRİNDƏ HÜQUQLARI 

Maddə  48. Hüquqi  və  fiziki  şəxslərin  torpaq  sahəsi  üzərində  hüquqlarının  ümumi 



xarakteristikası 

 

1.  Hüquqi  və  fiziki  şəxslərin  torpaq  sahəsi  üzərində  hüquqları  həmin  hüquqların  bu  Məcəllə, 



Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  digər  normativ-hüquqi  aktlar  və  torpaqla  bağlı 

əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. 

2.  Azərbaycan  Respublikasının  vətəndaşları  və  hüquqi  şəxsləri  torpaq  sahələrini  mülkiyyət, 

istifadə və icarə hüququnda əldə edə bilərlər. 

 

3.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər,  xarici  hüquqi  şəxslər,  beynəlxalq  birliklər  və 



təşkilatlar,  habelə  xarici  dövlətlər  Azərbaycan  Respublikasında  torpaq  sahələrini  yalnız  icarə 

hüququ əsasında əldə edə bilərlər. 




 

4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən 

edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. 

 

5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi 



üzərində  öz  hüquqlarını  həyata  keçirərkən  ətraf  təbii  mühitə,  başqa  şəxslərin  hüquqlarına  və 

mənafelərinə zərər vurmamalıdırlar. 

 

6. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahələrini təbii fəlakətin təsirindən 



sığortalaya bilərlər. 

Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ 

 

1.  Hüquqi  və  fiziki  şəxslərin  torpaq  üzərində  xüsusi  mülkiyyət  hüququ  —  torpaqlar  üzərində 



qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, 

istifadə və sərəncam hüququdur. 

 

2.  Torpaq  üzərində  hüquqi  və  fiziki  şəxslərin  xüsusi  mülkiyyət  hüququ  dövlət  və  bələdiyyə 



torpaqlarının  özəlləşdirilməsi,  alqı-satqısı,  vərəsəliyə  keçməsi,  bağışlanması,  dəyişdirilməsi  və 

torpaqla  bağlı  digər  əqdlərin,  habelə  hüquqi  şəxslərin  nizamnamə  (pay)  fonduna  verilməsi 

əsasında yaranır. 

 

3. Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının 



restitusiyasına yol verilmir. 

 

4.  Xarici  hüquqi  və  fiziki  şəxslərə  torpaq  sahələrinin  vərəsəlik,  bağışlama  və  ipoteka  əqdləri 



nəticəsində  keçən  mülkiyyət  hüququ  bir  il  müddətinə  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində 

olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti 

orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. 

Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ 

 

1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi 



və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa 

haqq alınmır. 

 

Əvvəlcədən  müddəti  müəyyən  edilmədən  həyata  keçirilən  istifadə  torpaqdan  daimi  istifadə 



hesab olunur. 

 

2.  Müvafiq funksiyaların yerinə  yetirilməsi,  habelə əhalinin mənzil  hüququnun  təmin edilməsi 



məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: 

 

dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; 



 

dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; 

 

həmkarlar ittifaqlarına və dini təşkilatlara; 




 

dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti 

mühafizə,  təbii  qoruq,  tarix-mədəniyyət,  elmi-tədqiqat,  tədris  obyektlərinə,  müəssisələrinə  və 

idarələrinə; 

 

dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; 



 

dövlətin,  bələdiyyənin  və  əhalinin  vəsaiti  hesabına  inşa  edilən  və  sahibkarlıq  fəaliyyətinə  aid 

olmayan 

çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzil-istismar təşkilatlarına. 

 

Müstəsna  hallarda,  bu  kimi  torpaq  istifadəçilərinin  (mənzil  tikintisi  istisna  olmaqla)  fəaliyyət 



müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin