Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə19/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   ...   15   16   17   18   19   20   21   22   ...   121
Torpaq Mecellesi

3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli  müvəqqəti 

istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə 

olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün 

isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər.

[31]

 

 



4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq 

icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. 

 

Torpaqdan  istifadə  müddətləri  həmin  torpaq  sahələrini  müvəqqəti  istifadəyə  vermiş  orqanlar 



tərəfindən uzadıla bilər. 

4-

1. Bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, 



idarə və təşkilatlara verilə bilər. 

[32]

 

 



5.  Xüsusi  mülkiyyətdə  olan  torpaq  sahələrinin  istifadəyə  verilməsi  həmin  sahələrin 

mülkiyyətçiləri  ilə  istifadəçilər  arasında  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  bağlanan 

müqavilə əsasında həyata keçirilə bilər. 

 

Xüsusi  mülkiyyətdə  olan  torpaq  sahələrinin  müvəqqəti  istifadə  müddətinin  uzadılması  həmin 



sahələrin mülkiyyətçiləri ilə yeni müqavilənin bağlanması əsasında həyata keçirilir. 

 

6. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və 



mülki qanunvericiliyi ilə tənzimlənir. 

 

7.  Torpaq  istifadəçiləri  istifadə  hüquqlarını  başqalarına  vermək  (satmaq)  səlahiyyətlərini 



Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirə bilərlər. 

Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ 

 

1.  Torpaq  sahəsi  üzərində  icarə  hüququ  müqavilə  əsasında  əvəzi  ödənilməklə  torpaqdan 



müddətli istifadə etməkdir. 

 

2.  İcarə  hüququ  ilə  torpaq  sahələri  Azərbaycan  Respublikasının  vətəndaşlarına  və  hüquqi 



şəxslərinə,  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə,  xarici  hüquqi  şəxslərə,  beynəlxalq 

birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. 




 

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, 

bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə 

həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 

 

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında 



qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 

5. 


[33]

Mülkiyyətçi  olan  icarəyə  verənin  razılığı  ilə,  icarəçi  icarəyə  götürdüyü  torpaq  sahəsini 

başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər.

[34]


 

 

6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və 



fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. 

[35]

 

 



Torpağın istifadəsi  haqqında  sənədlərdə  nəzərdə tutulduğu  hallarda  torpağın  istifadəçisi  onu 

icarəyə verə bilər. 

 

7. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun 



vərəsələrinə keçir. 

 8. 


Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə 

tənzimlənir. 

Maddə 52. Torpaq sahəsi üzərində birgə hüquqlar 

 

1. Torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və 



icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə 

müəyyən  edilmiş  qaydada  bağlanan müqavilə  əsasında  onlara məxsus  olan  torpaq  sahələrinin 

birləşdirilməsi zamanı yaranır. 

 

2. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin 



şəxslərin  birgə  mülkiyyət,  birgə  istifadə  və  ya  birgə  icarə  hüququnda  məxsus  ola  bilər.  Birgə 

mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  birgə  mülkiyyət  hüququ  haqqında  müddəalarına 

uyğun olaraq həyata keçirilir. 

Maddə 53. Torpaq sahəsi ilə bağlı öhdəliklər və məhdudiyyətlər 

 

1.  Dövlət  və  bələdiyyə  mülkiyyətində  olan  torpaq  sahələri  istifadəyə  və  icarəyə  verilərkən 



(satılarkən), onlara dair aşağıdakı öhdəliklər və məhdudiyyətlər qoyula bilər: 

 

torpaq  sahəsi  istifadəyə  verildikdə,  onun  icarəyə  (və  ya  subicarəyə)  verilməsinin  qadağan 



edilməsi; 

 

torpaq sahəsində müəyyən edilmiş qaydada razılaşdırılmış layihələr üzrə tikinti işlərinin və ya 



torpaq sahəsinin mənimsənilməsinin müəyyən edilmiş müddətlərdə başlanması və qurtarması; 


 

təbiətqoruyucu  tələblərə  əməl  edilməsi,  torpaq  sahəsində  heyvanlar  aləminin  qorunması, 

torpağın  münbit  qatının,  nadir  bitkilərin,  təbiət,  geoloji,  tarix-mədəniyyət  abidələrinin,  arxeoloji 

obyektlərin saxlanması; 

 

verilmiş  (satılmış)  torpaq  sahəsindən  ovçuluq,  balıqçılıq  və  ya  cır  meyvələrin  toplanması 



məqsədləri üçün müəyyən edilmiş qaydada və müddətdə istifadəsinə icazə verilməsi; 

 

vəhşi heyvanların təbii məskunlaşma mühitinin və miqrasiya yollarının saxlanması; 



 

qanunvericiliyə zidd olmayan digər öhdəliklər və məhdudiyyətlər. 

 

2. İstifadəyə və icarəyə verilmiş, habelə xüsusi mülkiyyətə satılmış torpaq sahəsinə dair qoyulan 



öhdəliklər və məhdudiyyətlər müvafiq müqavilə və ya məhkəmənin qərarı ilə müəyyən edilir. 

 

3.  Torpaq  sahəsinə  qoyulan  öhdəliklər  və  məhdudiyyətlər  onun  hüquqi  statusuna  daxil 



edilməklə,  dövlət  qeydiyyatından  keçirilir.  Torpaq  sahəsi  üzərində  mülkiyyət,  istifadə  və  icarə 

hüquqları başqa şəxsə keçdikdə həmin öhdəliklər və məhdudiyyətlər saxlanılır. 

Maddə 54. Torpaq sahəsi üzərində servitutlar 

 1. Servitut 

— bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. 

Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının 

Mülki Məcəlləsi ilə nizama salınır.

[36]


 

 2.  Servitut 

—  torpaq  mülkiyyətçiləri,  istifadəçiləri  və  icarəçiləri  arasında  razılaşma  ilə,  yaxud 

məhkəmənin qərarı ilə müəyyən edilə bilər. 

 

3. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün 



qonşu  torpaq  mülkiyyətçilərinin,  istifadəçilərinin  və  icarəçilərinin  torpaq  sahələrinə  servitut 

qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. 

 

4. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: 



 

torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; 

 

torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi 



və təmiri üçün istifadə etmək; 

 

torpaq sahəsində drenaj işləri aparmaq; 



 

torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); 

 

torpaq sahəsindən mal-qaranı keçirmək; 



 

yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və mal-qara otarmaq; 

 

torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti istifadə etmək; 



 

qonşu  sahədə  dayağı  olan  və  ya  müəyyən  hündürlükdə  qonşu  sahəsinə  keçən  tikililər  və 

qurğular ucaltmaq; 

 

qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların ucaldılmasını qadağan 



etmək; 


 

torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər təbiətqoruyucu obyektlər 

yaratmaq; 

 

qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar. 



 

5.  Servitutlar,  onların  müəyyən  edildiyi  torpaq  sahəsinə  mümkün  qədər  az  məhdudiyyətlər 

yaradan üsullarla həyata keçirilməlidir. 

 

6.  Qanunvericilikdə  başqa  hallar  nəzərdə  tutulmamışdırsa,  üzərində  servitut  müəyyən  edilən 



torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb 

etmək hüququ vardır. 

 

7. Kənd əhalisinin və onların birliklərinin xeyrinə müəyyən edilən kənd təsərrüfatı servitutlarına 



görə ödəniş tutulmur. 

 

8. Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq sahəsi üzərində hüququn formasından asılı 



olmayaraq, bütün torpaq sahəsinə servitut müəyyən edilə bilər. 

 

9. Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməlidir. 



 

10.  Torpaq  sahəsi  başqa  şəxslərə  keçdikdə,  qanunvericiliklə  müəyyən  edilmiş  servitutlar 

saxlanılır. 

 

11. Müəyyən edilmiş servitutun əsasları sonradan aradan götürülərsə, torpaq mülkiyyətçisinin 



tələbinə görə həmin servitut dayandırıla bilər. Üzərində servitutun müəyyən edilməsi nəticəsində 

torpaq sahəsindən məqsədli təyinatına görə istifadə edilməsi mümkün olmadığı hallarda, həmin 

sahənin mülkiyyətçisinin bu servitutun məhkəmə qaydasında dayandırılmasını tələb etmək hüququ 

vardır. 


Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları 

Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: 

 

müvafiq  icra  hakimiyyəti  orqanlarının  və  ya  bələdiyyələrin  qərarları  və  onlarla  bağlanan 



müqavilələr; 

 

hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; 



 

məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; 

 

vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin