Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi


zonaları altındakı torpaq sahələrinin verilməsi



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə23/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   ...   19   20   21   22   23   24   25   26   ...   121
Torpaq Mecellesi

zonaları altındakı torpaq sahələrinin verilməsi 

 

Elektrik,  rabitə,  nəqliyyat  xətləri  və  sənaye  müəssisələrinin  sanitariya-mühafizə  zonaları 



altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və 

tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə 

verilə bilər. 

Maddə 63. Axtarış və kəşfiyyat işləri üçün torpaq sahəsindən istifadəyə dair tələblər 

 

1.  Geodeziya,  geoloji,  kəşfiyyat,  arxeoloji,  kadastr,  yerquruluşu  və  digər  tədqiqat  və  axtarış 



işlərinin  aparılması  üçün  torpaqdan  istifadə  onların  mülkiyyətçilərindən,  istifadəçilərindən  və 


icarəçilərindən geri alınmadan, müvafiq tərəflər arasında bağlanılan və müvafiq icra hakimiyyəti 

orqanında və ya bələdiyyədə qeydə alınan müqavilələr əsasında həyata keçirilir. 

 

2. Yerquruluşu və kadastr işləri istisna olmaqla, torpaqlarda geoloji, axtarış və kəşfiyyat, neft və 



qaz kəşfiyyat-qazma işlərinin aparılmasına icazəni müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə 

həmin işlərin aparılması üçün layihə sənədlərində nəzərdə tutulan müddətə verirlər. 

 

3. Axtarış və kəşfiyyat işlərinin başlanması müddəti və yeri, torpaqdan istifadəyə görə haqqın 



məbləği,  vurulan  zərərin  ödənilməsi,  torpağın  məqsədli  təyinatına  və  hüquqi  rejiminə  dair 

öhdəliklər və məhdudiyyətlər, habelə digər şərtlər həmin işləri aparanlarla torpaq mülkiyyətçiləri, 

istifadəçiləri və ya icarəçiləri arasında bağlanan müqavilə ilə müəyyən edilir. 

 

4. Axtarış və kəşfiyyat işlərindən sonra torpaqlardan təyinatı üzrə istifadə edilməsini təmin etmək 



üçün həmin işləri aparan müəssisələr, idarələr və təşkilatlar öz vəsaitləri hesabına istifadə etdikləri 

torpaqları  yararlı  vəziyyətə  gətirməyə  və  tərəflərin  iştirakı  ilə  tərtib  edilmiş  akt  üzrə  onları  öz 

mülkiyyətçilərinə,  istifadəçilərinə  və  ya  icarəçilərinə  müqavilə  ilə  müəyyən  edilmiş  müddətdə 

qaytarmağa borcludurlar. 

 

5. Torpaq sahələri, bir qayda olaraq, axtarış və kəşfiyyat işləri zamanı yararlı vəziyyətə gətirilir. 



Bu mümkün olmadıqda isə torpaq sahələri axtarış və kəşfiyyat işləri başa çatdıqdan sonra ən geci 

üç ay müddətində yararlı vəziyyətə gətirilməlidir. 

 

6. Axtarış və kəşfiyyat işlərini aparan müəssisələr, idarələr və təşkilatlar həmin işlərin aparılması 



müddətində torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən ödənilən torpaq vergisinin 

və ya icarə haqqının əvəzini, habelə onlara vurduqları ziyanı və əldən çıxmış mənfəəti bütövlükdə 

ödəyirlər. 

Ma

ddə  64. Dövlət  müəssisələri,  idarələri  və  təşkilatları  tərəfindən  işçilərə  torpaq 




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin