Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi


YAŞAYIŞ MƏNTƏQƏLƏRİNİN TORPAQLARI



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə9/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   ...   5   6   7   8   9   10   11   12   ...   121
Torpaq Mecellesi

YAŞAYIŞ MƏNTƏQƏLƏRİNİN TORPAQLARI 

Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi 




 

1.  Şəhər,  qəsəbə  və  kəndlərin  hüdudları  daxilindəki  bütün  torpaqlar  yaşayış  məntəqələrinin 

torpaqları hesab edilir. 

 

2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: 



 

ictimai  və  yaşayış,  tikinti  massivlərində  yerləşən  yaşayış,  mədəni-məişət,  inzibati,  ibadət  və 

digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; 

 

ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, 



xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər 

obyektlər altındakı torpaq sahələri; 

 

sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri 



altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; 

 

nəqliyyat,  rabitə  və  mühəndis  kommunikasiyaları  torpaqlarında  dəmir  yolu,  avtomobil,  çay, 



dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, 

tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; 

 

təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və 



rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti 

mühafizə,  təbii  qoruq,  sağlamlaşdırma,  istirahət  (rekreasiya) və  tarix-mədəniyyət  təyinatlı 

obyektlərin  torpaqları,  habelə  təbii  müalicəvi  xassəyə  malik  olan  mənbələr  yerləşən  və  tarix-

mədəniyyət  abidələri,  muzey-qoruqlar  və  xatirə  parkları,  qəbiristanlıqlar,  məzarlar,  arxeoloji 

abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri;

[16]


 

 

yerüstü  su  axarları,  sututarlar,  akvatoriyalar,  su  mühafizə  zonaları,  hidrotexniki  və  digər  su 



təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; 

 

kənd  təsərrüfatı  üçün  istifadə  olunan  torpaqlardan  şum  və  çoxillik  əkmələr,  habelə  kənd 



təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; 

 

hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; 



 

şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri. 

 

3. Ərazi quruluşu və inzibati ərazi bölgüsü müvafiq qanunla nəzərdə tutulmuş qaydada müəyyən 



edilir.

[17]


 

Maddə 19. Yaşayış məntəqələrinin hüdudları (sərhədi) 

 

1. Yaşayış məntəqələrinin hüdudları — şəhər, qəsəbə və kənd torpaqlarını digər torpaqlardan 



ayıran sərhəddir. 

 

2.  Yaşayış  məntəqələrinin  hüdudları  təsdiq  olunmuş  şəhərsalma  və  yerquruluşu  sənədləri 



əsasında müəyyənləşdirilir. 

 

Yaşayış məntəqəsinin hüdudu vətəndaşların və hüquqi şəxslərin torpaq sahələrinin sərhədləri 



üzrə müəyyən edilir. 


 

3. Torpaq sahəsinin şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüduduna daxil edilməsi 

torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur. 

Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından istifadə 

 

1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və 



tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. 

 

2. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və 



başqa  tikintilər,  əhalinin  istirahət  yerlərinin  müəyyənləşdirilməsi  və  abadlaşdırılması  üçün 

şəhərlərin,  qəsəbələrin  və  kənd  yaşayış  məntəqələrinin  torpaqlarından  istifadənin  əsas 

istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti 

üçün torpaqlardan istifadəni müəyyən edir. 

 

3.  Ərazinin  yerquruluşu-təsərrüfat  planları  tikinti  işləri  aparılmalı  olmayan  və  tikinti  işləri 



müvəqqəti aparılmayan şəhər torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. 

 

4. Yaşayış məntəqələrinin ərazisindən torpaq sahələrinin yerquruluşu-təsərrüfat planları üzrə 



verilməsi və geri alınması qaydaları, habelə həmin sahələrdən istifadə edilməsi şərtləri bu Məcəllə 

ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilir. 

Maddə 21. Şəhərətrafı zonaların torpaqları 

 

1.  Şəhər  hüdudlarından  kənarda  yerləşən,  şəhər  ərazisinin  genişləndirilməsi  üçün  ehtiyat 



sayılan,  abadlaşdırma  və  şəhər  təsərrüfatının  normal  işləməsi  ilə  əlaqədar  zəruri  qurğuların 

yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və sanitariya-gigiyena 

məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşə-parklarla və digər yaşıllıqlarla 

örtülü  torpaqlar  aidiyyəti  üzrə  müvafiq icra  hakimiyyəti  orqanları  ilə  razılaşdırılaraq  bələdiyyələr 

tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır. 

 

2. Şəhərətrafı zonaların torpaqları bu zonaların təsdiq edilmiş planlaşdırma layihəsinə uyğun 



olaraq  istifadə  edilir.  Bu  torpaqlar  xüsusi  mühafizə  edilir  və  orada  sanitariya-gigiyena, 

sağlamlaşdırıcı funksiyalar və əhalinin istirahətinin təşkili məqsədləri ilə bir araya sığmayan tikili 

və qurğuların inşa edilməsi qadağandır. 

 

3. Torpaq sahələri şəhərətrafı zonaların tərkibinə daxil edilərkən həmin sahələr üzərində torpaq 



mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları saxlanılır. 

 

4.  Şəhərətrafı  zonaların  ayrılması,  habelə  bu  zonalardakı  torpaqlardan  istifadə  edilməsi 



qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən olunur. 

  

V fəsil 




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin