Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi


[8]   Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə5/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   2   3   4   5   6   7   8   9   ...   121
Torpaq Mecellesi

[8]

 

Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi 



 

1.  Torpaqların  məqsədli  təyinatı  —  torpağın  kateqoriyasına  uyğun  olaraq,  onun  konkret 

məqsədlər  üçün  istifadəsinin  bu  Məcəllədə  və  digər  normativ-hüquqi  aktlarda  müəyyən  edilmiş 

qaydaları, şərtləri və həddidir. 

 

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin 



həyata  keçirilməsi  sahəsində  torpaq,  şəhərsalma,  su,  meşə,  yerin  təki  və  təbiəti  mühafizə 

haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq 

kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. 

 

3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş 



qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı 

daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. 

 

4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, 



şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə 

qaydaları  onların  təbii-təsərrüfat  rayonlaşdırılması,  zonalaşdırılması,  istifadəsinin  ərazi 

planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər 

tərəfindən müəyyən edilir. 

 

5. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya 



b

ələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu 

Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin