Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi


KƏND TƏSƏRRÜFATI TƏYİNATLI TORPAQLAR



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə7/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   2   3   4   5   6   7   8   9   10   ...   121
Torpaq Mecellesi

KƏND TƏSƏRRÜFATI TƏYİNATLI TORPAQLAR 

Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi 

 

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə 



tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. 

 

2.  Kənd  təsərrüfatı  təyinatlı  torpaqların  tərkibinə  kənd  təsərrüfatı  yerləri  (uqodiyaları),  meşə 



zolaq

larının,  təsərrüfatdaxili  yolların,  kommunikasiyaların,  bataqlıqların,  sututarların,  kənd 

təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. 

 

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə 



qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. 

 

4.  Kənd  təsərrüfatı  yerləri  (uqodiyaları)  xüsusi  olaraq  qorunur.  Bu  torpaqların  qeyri-kənd 



təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər 

qanunvericilik  aktlarında  müəyyən  edilmiş  qaydada,  müvafiq  icra  hakimiyyəti  orqanının və  ya 

bələdiyyənin qərarı ilə yol verilir.

[10]


 

5. 


Bələdiyyələr  bələdiyyə  mülkiyyətində  olan  kənd  təsərrüfatı  təyinatlı  torpaqların  qeyri-kənd 

təsərrüfatı  məqsədilə  digər  kateqoriyalara  keçirilməsi  üçün  müvafiq  icra  hakimiyyəti  orqanı 

qarşısında vəsatət qaldırırlar.

[11]


 

Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi 

 

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə 



kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə 

edilir. 


 

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib 

olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular 

quraşdırmaq olar. 

 

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 



9-

cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

Maddə 14. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq sahələri 

 

1.  Azərbaycan  Respublikasının  vətəndaşları  və  hüquqi  şəxsləri  kənd  təsərrüfatı  məhsulları 



istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: 


 

“Torpaq  islahatı  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  uyğun olaraq,  sovxoz  və 

kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; 

 

bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində 



olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; 

  

dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində 



olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi. 

[12]

 

2. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı məhsulları 



istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yalnız icarə hüququ əsasında 

əldə edə bilərlər. 

Maddə  15. Kənd  təsərrüfatı  sahəsində  elmi-tədqiqat,  tədris,  tədris-təcrübə  və  sınaq 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin