Torpaq münasibətlərinin tənzimlənməsində Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinə
Maddə
8. Torpaq
münasibətlərinin
tənzimlənməsi
sahəsində
bələdiyyələrin
səlahiyyətləri
[6]
Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində
səlahiyyətləri aşağıdakılardır:
qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik,
onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi;
qanu
nvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin
mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;
yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və
təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi;
bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması;
ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə
verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması;
[7]
öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının
müdafiə edilməsi;
bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və
həyata keçirilməsi;
hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq
sahələrinin minimum həddinin müəyyən edilməsi;
öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə
nəzarət edilməsi;
öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı
mübahisələrin həll edilməsi;
qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.
II fəsil
Dostları ilə paylaş: