Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
16 saylı əlavə Hərbi hissələrə Döyüş Bayraqları verilməsi qaydası haqqında Əsasnamə I. Ümumi müddəalar 1. Döyüş Bayrağı diviziyalara, briqadalara, alaylara, əlahiddə taborlara,
divizionlara, aviaeskadrilyalara, hərbi təhsil müəssisələrinə, təlim hissələrinə və
donanma ekipajlarına verilir (bundan sonra bütün sadalananlar «Hərbi hissə»
adlandırılacaqdır).
Azərbaycan Respublikasının Qvardiya Bayrağı olan birləşmə və hərbi hissələr
istisna olmaqla arxa, texniki təminat, mühafizə və xidmət, təlim-məşq, intizam, hərbi-
inşaat hissələrinə və digər analoji hərbi hissələrə Döyüş Bayrağı verilmir.
Hərbi hissələrin yerləşmə şəraiti, operativ istifadəsi və başqa səbəblərə görə
Döyüş Bayrağının saxlanması və mühafizəsi təmin edilə bilməyən bəzi hallarda Silahlı
Qüvvələr Baş Qərargah rəisinin qərarı ilə bu hərbi hissələr üçün Döyüş Bayrağı sifariş
edilmir və onlara bayraq verilmir.
2. Qvardiya hissələrinə dəstəyinə qumaş parçadan yuxarı bərkidilmiş və ucları
aşağı sallanan bantla bağlanmış qızılı qvardiya lenti olan Döyüş Bayrağı verilir.
Qvardiya lentinin təsviri Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təsdiq
edilir.
3. Hər bir hərbi hissədə müəyyən edilmiş nümunədə ancaq bir Döyüş Bayrağı
olmalıdır. Qvardiya Bayrağı və xatirə bayraqları hərbi hissədə Döyüş Bayrağının
yanında yadigar kimi saxlanılır, onunla birlikdə təntənəli hadisələrə və bayramlara
həsr edilmiş iclaslara çıxarılır. Xüsusi hallarda Silahlı Qüvvələr Baş Qərargah rəisinin
icazəsi ilə və hərbi hissə ləğv edilərkən, bu bayraqlar Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin mərkəzi muzeyinə təhvil verilir.