qumaşın vəziyyəti, çexolun, qaytanların, qotazların, bayraq dəstəyinin və ucluğun
sazlığı yoxlanılır.
Qərargah rəisinin Döyüş Bayrağını yığmaq əmri ilə bayraqdar bayrağı üfqi
vəziyyətdə sallayır və qumaşın yerə (döşəməyə) dəyməməsinə göz qoyur, assistent isə
qumaşın uclarından tutub onu yüngülcə dartır. Bayraqdar və digər assistent bayraq
dəstəyini yavaş-yavaş fırladaraq üzü içəri olmaqla onu yığışdırır və göz qoyurlar ki,
bayraqda qırışlar olmasın, qaytanlar, qotazlar dolaşmasın. Qotazlar qumaş boyu
uzadılmış qaytanlarla yığılır.
Qumaş yığıldıqdan sonra assistentlər Döyüş Bayrağını çexola salırlar, qərargah
rəisi onu gerbli surquc möhürlə surquclayır və bundan sonra Döyüş Bayrağını
qarovulun mühafizəsinə təhvil verir.
25. Döyüş Bayrağı hərbi hissəyə aparıldıqda və qarovulun mühafizəsinə təhvil
verildikdə onun açılması və bükülüb yığılması qərargah rəisinin, yaxud onun
köməkçisinin (müavininin) bilavasitə müşahidəsi altında bu Əsasnamənin 24-cü
bəndinə uyğun olaraq bayraqdar və assistentlər tərəfindən yerinə yetirilir.
26. Döyüş Bayrağının qumaşı binada, yaxud binadan kənarda kölgədə qurudulur.
Qurudulma vaxtı Döyüş Bayrağını bayraqdar və assistentlər qoruyurlar.
Dostları ilə paylaş: