batmaqda olan hərbi gəmini tərk etmiş, könüllü olaraq əsir düşmüş hərbi qulluqçu
hərbi cinayətkardır.
Düşmən tərəfinə keçmək, casusluq, dövlət sirrini və ya hərbi sirri xarici dövlətə
vermək, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici
dövlətə kömək etmək Vətənə xəyanətdir və ən ağır cinayət sayılır.
Hərbi qulluqçu əsirlikdə dindirilərkən ancaq özünün soyadını, adını, atasının
adını, hərbi rütbəsini, doğulduğu tarixi və şəxsi nömrəsini bildirə bilər.
Əsir götürülmüş, eləcə də bitərəf ölkələrə internə edilmiş hərbi qulluqçuların
«hərbi qulluqçu» statusu saxlanılır.
5. Hərbi qulluqçu komandirlərə (rəislərə), böyüklərə hörmət etməli, intizamın və
qayda-qanunun saxlanmasında onlara yardım göstərməli, əsgəri nəzakət və əsgəri
salamlaşma qaydalarına ciddi riayət etməli, həmişə hərbi forma üzrə geyinməli, təmiz
və səliqəli olmalıdır.
Hərbi qulluqçu onunla bağlı baş vermiş hadisələr və ona tutulmuş iradlar
barəsində özünün bilavasitə rəisinə məlumat verməlidir.
6. Hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq
onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər.
Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə,
xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər.
Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda
üzrə verə bilər.
Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin
müddəalarını rəhbər tutmalıdır.
Dostları ilə paylaş: