Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə6/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   2   3   4   5   6   7   8   9   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Əsgəri salamlaşmalar 
 
17.  Bütün  hərbi  qulluqçular  qarşılaşdıqda  (bir-birini  ötüb  keçdikdə)  Sıra 
nizamnaməsində müəyyən edilmiş qaydada bir-birilə salamlaşmalıdırlar. 
Tabelikdə olanlar və rütbəcə kiçiklər salamı birinci verməlidirlər. 
18. Hərbi qulluqçular bundan əlavə: 
Şəhidlər xiyabanlarına;  
Naməlum əsgərin məzarına;  
Vətənin  azadlığı  və  müstəqilliyi  uğrundakı  döyüşlərdə  həlak  olmuş  əsgərlərin 
qardaşlıq qəbiristanlığına;  
hərbi hissələrin Döyüş Bayraqlarına və həmçinin hərbi gəmiyə gəldiyi və getdiyi 
zaman Hərbi Dəniz Bayrağına;  
Qoşunların müşayiət etdikləri dəfn mərasimlərinə əsgəri salam verməlidirlər.  
19. Hərbi hissələr və bölmələr sırada olarkən komanda üzrə
Azərbaycan  Respublikasının  Prezidentinə,  Azərbaycan  Respublikası  Milli 
Məclisinin  Sədrinə,  Azərbaycan  Respublikasının  Baş  Nazirinə,  Azərbaycan 
Respublikasının müdafiə nazirinə;  


Ordu generallarına, general-polkovniklərə, admirallara, bütün birbaşa rəislərə və 
həmçinin hərbi hissədə, bölmədə inspeksiya (yoxlama) aparmağa rəhbərlik etmək üçün 
gəlmiş şəxslərə salam verməlidirlər.  
Yuxarıda  adları  çəkilən  şəxslərə  sırada  salam  vermək  üçün  böyük  rəis 
«FARAĞAT, diqqət SAĞA (SOLA, MƏRKƏZƏ)» komandası verib, onları qarşılamalı 
və raport verməlidir. 
Məsələn:  «Yoldaş  general-mayor,  110-cu  motoratıcı  alay  təlimə  getmək  üçün 
düzülmüşdür. Alay komandiri polkovnik Məmmədov». 
Hərbi  hissə  Döyüş  Bayrağı  ilə  düzüldükdə  (paradda,  sıra  baxışında,  hərbi  and 
qəbul edilməsi mərasimində və s.) raportda hərbi hissənin tam adı göstərilməklə layiq 
görüldüyü fəxri adları sadalanır. 
Hərbi hissə sıra ilə hərəkət etdikdə, rəis raport vermir, yalnız komanda verir. 
20. Hərbi hissələr və bölmələr komanda üzrə həmçinin: 
Şəhidlər xiyabanlarına;  
Naməlum əsgərin məzarına;  
Vətənin  azadlığı  və  müstəqilliyi  uğrunda  döyüşlərdə  həlak  olmuş  əsgərlərin 
qardaşlıq qəbiristanlığına;  
hərbi  hissələrin  Döyüş  Bayraqlarına,  hərbi  gəmilərdə  isə  Hərbi  Dəniz  Bayrağı 
qaldırıldıqda və endirildikdə;  
qoşunların müşayiət etdikləri dəfn mərasimlərinə;  
bir-birilə qarşılaşdıqda, əsgəri salam verməlidirlər.  
21.  Sırada  dayanan  qoşunlar  Azərbaycan  Respublikasının  Prezidentinə, 
Azərbaycan Respublikası Milli Məclisinin Sədrinə və Azərbaycan Respublikasının Baş 
Nazirinə  əsgəri  salam  verdikdə,  orkestr  «Qarşılama  marşı»nı  və  Azərbaycan 
Respublikasının Dövlət Himnini ifa etməlidir. 
Hərbi hissələr öz hissə komandirlərindən başlayaraq, yuxarı olan bütün birbaşa 
rəislərə  və  həmçinin  inspeksiya  (yoxlama)  aparmağa  rəhbərlik  üçün  təyin  edilmiş 
şəxslərə salam verərkən orkestr «Qarşılama marşı»nı ifa etməlidir. 
22.  Məşğələdə  və  məşğələdənkənar  vaxtlarda  sıra  düzülüşündə  olmayan  hərbi 
hissələr  və  bölmələr  «FARAĞAT»  və ya  «QALX,  FARAĞAT»  komandası  üzrə  əsgəri 
salam verməlidirlər. 
Qərargahlarda və idarələrdə komanda üzrə əsgəri salam yalnız birbaşa rəislərə və 
inspeksiya (yoxlama) aparmağa rəhbərlik üçün təyin edilmiş şəxslərə verilməlidir. 
Sıradankənar  məşğələlərdə  və  həmçinin  zabitlərin,  generalların  və  admiralların 
müşavirəsində  komandirləri  (rəisləri)  qarşılamaq  üçün  «YOLDAŞ  ZABİTLƏR» 
komandası  verilməlidir.  «FARAĞAT»  və  «YOLDAŞ  ZABİTLƏR» komandasını  iştirak 
edən  komandirlərin  (rəislərin)  ən  böyüyü  və  ya  gələn  komandiri  (rəisi)  birinci  görən 
hərbi qulluqçu verməlidir. Bu komanda üzrə iştirak edənlərin hamısı gələn komandirə 
(rəisə) tərəf dönüb «FARAĞAT» vəziyyəti alır, baş geyimində olan zabitlər, gizirlər və 
miçmanlar isə əllərini baş geyimlərinə yapışdırırlar. 


İştirak  edən  komandirlərin  (rəislərin)  böyüyü  gələnə  yaxınlaşıb  ona  raport 
verməlidir. 
Gələn  komandir  (rəis)  raportu  qəbul  edərək,  «AZAD»  və  ya  «YOLDAŞ 
ZABİTLƏR»  komandasını  verir.  Raport  verən  bu  komandanı  təkrar  edir,  sonra  isə 
iştirak edənlərin hamısı «azad» vəziyyəti alır. Baş geyimində olan zabitlər, gizirlər və 
miçmanlar əllərini aşağı salmalı və bundan sonra gələn komandirin (rəisin) göstərişinə 
əməl etməlidirlər. 
23. «FARAĞAT» komandası komandirin (rəisin) hərbi hissəyə və ya bölməyə hər 
gəlişində, raport isə yalnız onun həmin gün hərbi hissəyə və ya bölməyə ilk gəlişində 
verilir. 
Böyük  komandirin  (rəisin)  yanında  olan  kiçik  komandirə  hərbi  hissənin 
(bölmənin) salam verməsi üçün hərbi hissəyə (bölməyə) komanda və kiçik komandirə 
raport verilmir. 
Sinifdə  məşğələ  aparan  zaman  «FARAĞAT»,  yaxud  «YOLDAŞ  ZABİTLƏR» 
komandası hər məşğələnin əvvəlində və sonunda verilir. 
Komandirə,  rəisə  raport  verərkən  «FARAĞAT»  komandası  o  zaman  verilir  ki, 
orada başqa hərbi qulluqçular da olsunlar. 
Hərbi qulluqçular olmayanda komandirə (rəisə) yalnız raport verilir. 
24. Azərbaycan Respublikasının və başqa ölkələrin Dövlət Himnləri ifa ediləndə 
sıradakı  hərbi  qulluqçular  komanda  verilməmiş  «farağat»  vəziyyətini  alır,  taqım 
komandirləri  və  onlardan  yuxarı  bütün  bölmələrin  komandirləri  əllərini  baş 
geyimlərinə yapışdırırlar. 
Sırada olmayan hərbi qulluqçular himn ifa ediləndə «farağat» vəziyyətini alır, baş 
geyimində olanlar isə əllərini baş geyimlərinə yapışdırırlar. 
25. Hərbi hissələrə aşağıdakı hallarda salamlaşma üçün komanda verilmir: 
hərbi hissələrdə və bölmələrdə həyəcan və ya toplanış elan edildikdə;  
marşda  hərəkət  və  istirahət  vaxtı,  həmçinin  bütün  taktiki  məşğələlərdə  və 
təlimlərdə;  
komanda məntəqələrində, rabitə qovşaqlarında və döyüş növbətçiliyində;  
atəş xəttində və atəş mövqeyində atış vaxtı;  
təyyarə meydanlarında uçuş vaxtı;  
təsərrüfat  işləri  və  ya  təlim  məqsədli  işlər  və  həmçinin  emalatxanalarda, 
parklarda, anqarlarda, laboratoriyalarda xüsusi məşğələlər və işlər aparılan vaxtlarda;  
idman yarışları və oyunları vaxtı;  
yemək vaxtı, «Yat» və «Qalx» siqnalları arasındakı vaxtda:  
xəstələr olan otaqlarda.  
Yuxarıda  adları  çəkilən  hallarda  rəis  və  ya  böyük  gələn  rəisə  yalnız  raport 
verilməlidir. 
Məsələn:  «Yoldaş  mayor,  1-ci  motoatıcı  bölük  tədris  atışlarının  təmrinini  yerinə 
yetirir. Bölük komandiri kapitan Hüseynov». 


Dəfn  mərasimlərində  iştirak  edən  hərbi  hissələr  və  bölmələr  əsgəri  qaydada 
salamlaşmırlar. 
26.  Hər  bir  hərbi  qulluqçuya  rəis  və  ya  böyük  müraciət  etdikdə  hərbi  qulluqçu 
(xəstələrdən  başqa)  «farağat»  vəziyyəti  alıb,  vəzifəsini,  hərbi  rütbəsini  və  soyadını 
bildirməlidir. 
27.  Təntənəli  iclaslarda,  konfranslarda  və  həmçinin  konsert,  tamaşa  və  kinoda 
əsgəri qaydada salamlaşmaq üçün komanda və komandirə raport verilmir. 
Şəxsi  heyətin  ümumi  iclaslarında  salamlaşmaq  üçün  «Farağat»  komandası  və 
komandirə (rəisə) raport verilir. 
Məsələn:  «Yoldaş  polkovnik-leytenant,  taborun  şəxsi  heyəti  ümumi  iclasa 
toplanıb. Taborun qərargah rəisi mayor Salahov». 
28.  Rəisin  və  ya  böyüyün  salamına  («Salam,  yoldaşlar»)  sırada  və  ya  sıradan 
kənarda olan bütün hərbi qulluqçular «Salam» cavabı verməlidirlər. Rəis və ya böyük 
xudahafizləşəndə  («Xudahafiz,  yoldaşlar»)  hərbi  qulluqçular  «Xudahafiz»  cavabı 
verilməlidirlər,  cavabın  sonuna  «Yoldaş»  və  onun  hərbi  rütbəsini  əlavə  etməlidirlər. 
Qoşun növünün və ya xidmətin adı əlavə edilmir. 
Məsələn: 
çavuşlara və baş çavuşlara, gizirlərə və miçmanlara cavab verildikdə — «Salam, 
yoldaş  çavuş»,  «Xudahafiz,  yoldaş  baş  çavuş»,  «Salam,  yoldaş  miçman»,  «Xudahafiz, 
yoldaş gizir» və s.;  
zabitlərə  cavab  verildikdə  —  «Salam,  yoldaş  kapitan»,  «Xudahafiz,  yoldaş 
kapitan-leytenant» və s.;  
generallara  və  admirallara  cavab  verildikdə  —  «Salam,  yoldaş  general-mayor», 
«Xudahafiz, yoldaş kontr-admiral» və s.  
29. Əgər komandir (rəis) hərbi qulluqçunu xidmətə görə təbrik və ya ona təşəkkür 
edirsə, hərbi qulluqçu komandirə (rəisə) «Azərbaycan Respublikasına xidmət edirəm» 
cavabını verməlidir. 
Əgər  komandir  (rəis)  hərbi  hissəni  (bölməni)  təbrik  edirsə,  onda  hərbi  hissə 
(bölmə) üç dəfə sürəkli «Ura», əgər komandir (rəis) hərbi hissəyə (bölməyə) təşəkkür 
elan  edirsə,  onda  hərbi  hissə  (bölmə)  «Azərbaycan  Respublikasına  xidmət  edirik» 
cavabını verməlidir. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin