Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Komandirlərə (rəislərə) təqdim edilmə qaydaları



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə7/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   2   3   4   5   6   7   8   9   10   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Komandirlərə (rəislərə) təqdim edilmə qaydaları 
 
30.  Hərbi  hissəyə  gəlmiş  böyük  komandirə  (rəisə)  yalnız  hərbi  hissə  komandiri 
özünü  təqdim  etməlidir.  Başqaları  isə  özlərini  yalnız  böyük  komandir  (rəis)  onlara 
bilavasitə müraciət etdikdə təqdim etməlidirlər. 
31.  Hərbi  qulluqçular  özlərini  bilavasitə  rəislərinə  aşağıdakı  hallarda  təqdim 
etməlidirlər: 
vəzifəyə təyin edildikdə;  
vəzifəni təhvil verdikdə;  


onlara hərbi rütbə verildikdə;  
Azərbaycan Respublikasının orden və ya medalı ilə təltif edildikdə;  
ezamiyyətə və ya məzuniyyətə getdikdə və qayıtdıqda.  
32.  Hərbi  qulluqçular  komandirə  (rəisə)  özlərini  təqdim  edərkən  öz  vəzifəsini, 
hərbi rütbəsini, soyadını və hansı səbəbə görə təqdim edildiyini bildirməlidirlər. 
Məsələn:  «Yoldaş  mayor,  1-ci  motoatıcı  bölüyün  komandiri  kapitan  İmanov, 
mənə kapitan hərbi rütbəsi verilməsi münasibətilə özümü təqdim edirəm». 
33. Alayda (briqadada) xidmət etmək üçün  təyin olunmuş zabitlər, gizirlər alay 
(briqada) komandirinə və sonra onun müavinlərinə, bölükdə xidmət etmək üçün təyin 
edildikdə  isə  tabor  və  bölük  komandirlərinə  və onların  müavinlərinə  özlərini  təqdim 
etməlidirlər. 
Bundan əlavə, yeni gələn zabitləri alay (briqada) komandiri və ya onun müavini 
zabitlərin  ən  yaxın  müşavirəsində  və  ya  alayın  (briqadanın)  düzülüşü  zamanı  alayın 
(briqadanın) zabit heyətinə təqdim etməlidir. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin